Kann Kinofestivalı başlandı: ulduzlar qırmızı xalıda - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uill Smit, Qebriel Yared, Cessika Çesteyn, Pak Çan Uk, Anyes Jaui, Pedro Almodovar, Fan Binbin, Maren Ade, Paolo Sorrentino, İppolit Jirardo, Lui Qarrel, Şarlotta Qensbur, Arno Depleşen, Marion Kotiyar, Matye Amalrik, Alba Rorvaher, Syuzan Sarandon və başqaları....
Fransanın Kann şəhərində 70-ci Beynəlxalq Kinofestival başlanıb.
Milli.Az European-a istinadən bildirir ki, Kruazet bulvarındakı Festivallar və Konqreslər Sarayındakı mərasim həddən ziyadə ciddi şəkildə polislərlə hərbçilər və jandarmlar tərəfindən qorunurdu.
Şəhər meri David Lisnarın dediyinə görə, terror təhlükəsi çox ciddi olduğundan belə tədbirlərə əl atılıb.
Sahilyanı Alplar departamentinin prefekti Jorj-Fransua Lekler isə bəyan edib ki, kinofestivalla bağlı şəhər küçələrində əlavə olaraq 550 videomüşahidə kamerası quraşdırılıb.
Festivalın əsas müsabiqələrində 50 film nümayiş olunacaq.
Fransa 2011-ci ildə "The Artist" filminə görə "Oskar" almış rejissor Mişel Xanaviçusun "Le Redoutable", Jak Duayonun "Rodin" və Fransua Ozonun "L'Amant double" filmləri ilə də təmsil olunub.
Sofiya Koppola festivala "The Beguiled" lentini gətirib. Lentdə baş rollarda Kolin Farell, Nikol Kidman, Kl Fanninq və Kirsten Danst çəkiliblər.
Kanndda 2009-cu ildə "Das weie Band", 2012-ci ildə isə "Amour" lentlərinə görə "Qızıl Palma Budağı" almış Mixael Hanekenin "Happy End" lenti nümayiş olunacaq.
Dahi rejissor Roman Polanskini "D'aprs une histoire vraie" filmi müsabiqədən kənar göstəriləcək. 83 yaşlı rejissorun 2002-ci ildə çəkdiyi "The Pianist" lenti 2002-ci ildə Kann Kinofestivalında "Qızıl Palma Budağı"na, sonra da 3 "Oskar"a layiq bilinmişdi.
Kann şəhərində ilk kinofestival 1946-cı ildə keçirilib. Həmin ildən bəri kinofestival yalnız 1948 və 1950-ci illərdə maliyyə vəsaiti çatışmazlığına görə keçirilməmişdi.
Yubiley, 70-ci Kann Kinofestivalı mayın 28-də başa çatacaq. İspan rejissor Pedro Almodovarın başçılıq etdiyi münsiflər heyəti təntənəli qapanış mərasimində laureatların adlarını çəkəcək, əsas mükafat olan "Qızıl Palma Budağı"nın sahibinin adını səsləndirəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Bu həftə ən çox qazanacaq bürclər
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





