Nyu-Yorkdakı "Metropolitan Museum Of Art"ın təşkil etdiyi ənənəvi "Met Gala"ya qatılanlar arasında amerikalı müğənni Keti Perri də vardı.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 32 yaşlı amerikalı ifaçı dizayner Con Qallianonun əsəri olan "Margiela Artisinal" kostyumunda idi.
Başında örpək, gicgahlarında iki güzgü, alnında "Vitness" ("Şahid") yazısı olan Keti Perri həddən artıq ekstravaqant təsir bağışlayırdı.
K.Perri əvvəlki "Met Gala"lalara da sual doğuran, birmənalı olmayan geyimlərdə qatılmışdı.
Milli.Az