Maraqlı

Volkswagen yeni sedan təqdim etdi - FOTO

16 Aprel 2017 22:05
2 Şərh     Baxış: 897

Cenevrə avtosalonunda yeni kupe şəkilli sedan Volkswagen Arteon təqdim edilib. O, istehsalatdan çıxarılmış Passat CC-nin yerinə gəlib. İstehsalçı yeni modeli premial kimi qələmə verir. Buna görə də adını tamamilə dəyişməli olublar.

Milli.Az auto.az-a istinadən bildirir ki, 2017-2018-ci model ilinə məxsus Volkswagen Arteon demək olar ki, 2015-ci ildə təqdim edilən dörd qapılı Sport Coupe Concept GTE-ni təkrarlayır. Amma seriyalı avtomobildə standart qapı tutacaqları, o cümlədən bir qədər sadə bamperlər və işıq texnikası peyda olub.

Arteon üçün güc qurğusu qismində 6 mühərrik çıxış edir. Benzinlə: 1,5-litrlik, 150 a.g. olan turbo mühərrik TSI, o cümlədən 190 və 280 a.g. olan iki 2-litrlik turbodördlük. Dizel ilə: 150, 190 və 240 a.g. olan 2,0-litrlik TDI. Baza mühərrikləri 6-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir.

Digər güc qurğularına isə ikili muftası olan 7-diapazonlu robot DSG yardım edir. Bundan əlavə, modelin top modifikasiyaları tam ötürücü - 4Motion sistemi ilə çalışır.

Volkswagen Arteon Avropa bazarlarına 2017-ci ilin sonlarında çıxarılacaq. Qiymət barədə hələlik məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    M.R · 16 Aprel 22:3100

    CC dənki fərqlənmir

    Cavab yaz
  • Anonim
    Meri · 16 Aprel 22:3700

    Mende masin istedim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.