"Snapchat"dakı effektlərlə öz şəkillərini çəkən 17 yaşlı Monika Cruz atası Rolando Kruz tərəfindən sərt cəzalandırılıb.
Milli.Az "Sözcü"yə istinadla bildirir ki, ata "Snapchat"ın it effektindən istifadə edən qızını 3 günlük qəfəsə salıb. O, qızını 3 gün qəfəsdə saxlayıb, ona it yeməyi verib və qabda su verib.
Ronaldonun anası oğlunun onun zənglərinə cavab verməməsindən şübhələnib və oğlugilə gedib. Qapını açdıqda nəvəsini qəfəsdə görən qadın şoka düşüb. O, dərhal qızı çıxarıb, polisə xəbər verib.
Qızın atası R.Kruz tutulub. O, məhkəmədə ifadəsində deyib:
"Qızım it olmaq istədi, mən də ona it kimi davrandım".
Qeyd edək ki, "Snapchat"ın bu effekti hazırda bütün dünyaya yayılıb. Hətta Azərbaycanda da geniş yayılan bu effektdən bir çox məşhurlar da istifadə edib.
Milli.Az fotoları təqdim edir:
Bəxtiyar Umarlı
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində