Maraqlı

Dodge Challenger tam ötürücü aldı - FOTO

11 Dekabr 2016 23:05
0 Şərh     Baxış: 2 926
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dodge şirkəti Challenger-in tam ötürücü sistemə malik yeni versiyasını təqdim etdi. Adına GT indeksi əlavə olunan maslkarın qiyməti 34490 dollardır.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil 3,6-litrlik benzin V6 mühərriki ilə hərəkətə gəlir. Mühərrik 305 a.g.-ə malikdir. Aqreqat 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Tam ötürücü sistem yalnız lazım olduqda qoşulur. Adi şəraitdə fırlanma anı yalnız arxa ötürücülərə ötürülür. Bu cür texnologiya ilk dəfə Dodge Charger AWD modelində nümayiş etdirilib.

Yenilik duman əleyhinə faralar, kiçik arxa spoyler və 19-düymlük təkər diskləri alıb. Maslkarın salonunda isitmə və ventilyasiya funksiyaları olan, Nappa dərisi ilə üzlənmiş yeni oturacaqlar, o cümlədən qızışdırılan sükan və 8,4-düymlük displeyi olan informasiya-əyləncə sistemi quraşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.