Maraqlı

80 yaşlı baba: "Əsas ürəkdir" - VİDEO - FOTO

7 Noyabr 2016 16:41
1 Şərh     Baxış: 3 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Yaş problem deyil. İnsan özünü hansı yaşda hiss edirsə, elə o yaşdadır. Mənsə qocalığa boyun əymək niyyətində deyiləm. Qocayam, bilirəm, amma ahıllıq həyatdan doymaq üçün səbəb deyil".

Milli.Az The New York Times-a istinadən bildirir ki, Çində yaşayan 80 yaşlı aktyor Van Deşun Pekində keçirilmiş "China Fashion Week" moda şousunda podiuma çıxaraq model təki debüt edib

O, Çində sensasiyaya çevrilib. Van babanı indi "Çinin ən cazibədar babası" adlandırırlar.

"Hər şey insanın şüurundan asılıdır. Lakin əsas ürəkdir. Təbiət yaşı müəyyənləşdirir, lakin məhz siz qəlbinizin və şüurunuzun durumunu müəyyən edirsiniz", - Van Deşun deyib.

Rəssam, aktyor və model Van Deşun hər gün üç saat idman zalında məşq edir və texno stilində musiqiyə qulaq asır.

İki övladı, 2 yaşlı nəvəsi olan Van sosial şəbəkələrdən də aktiv istifadə edir. O, fotolarını hər gün Weibo şəbəkəsində paylaşır.

Üstəlik, o, üzməyi də çox sevir.

"Hər gün ən azı 2 kilometrlik məsafəni üzürəm. Saat 3-dən 6-dək məşq vaxtımdır. Evimin yanındakı idman zalına yollanaraq orada məşq edirəm. Pəhriz saxlamıram, istədiyimi yeyirəm", - Pekində yaşayan Van Deşun deyib.

Dediyinə görə, 1982-ci ildə Çançun şəhərində ilk moda şousunu təşkil edib.

"Həmin şəhərdəki supermarketə yollandım və dedim ki, ən yaxşı paltarlarını versinlər, moda şousu hazırlayacağam. Şübhə ilə yanaşdılar. Amma Çançunda ilk şou pis alınmadı. O zamanlar çinlilərin hamısı çox sönük, cansıxıcı rənglərdə paltarlar geyinirdilər. Yalnız qara, ağ, boz və ya göy rənglər. Sun Yat Sen stilində frençlər adi haldı. Mənsə şouda qızları çimərlik paltarında səhnəyə çıxardım. Etiraz etsələr də, inad etdim və alındı", - Van Deşun söyləyib.

49 yaşında Pekinə köçən Van tamaşalarda "canlı abidə" rolunu da oynayır, çılpaq bədəninə boya çəkir. Dediyinə görə, ideyanın müəllifi xanımı Çjal Aiçjuan idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

80 yaşlı baba:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.