Maraqlı

“jAzzeri Bands” adlı konsert keçiriləcək - FOTO

20 Sentyabr 2016 15:15
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 22-də Heydər Əliyev Sarayında istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

Milli.Az bildirir ki, "jAzzeri Bands" caz musiqisi axşamında Mikayıl Rəfiyev və Excellent Music Band, Diana Hacıyeva, Cəmilə Haşımova və Jazzers Band, Freedom Band iştirak edəcəklər. 

Caz ifaçıları konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, (050) 332-36-30

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.