Maraqlı

Range Rover daha güclü oldu - FOTO

28 Avqust 2016 13:25
Baxış: 3 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Land Rover" 2017-ci model ili üçün RR seriyasını yeniləyib. Burada yeni rənglər və əlavə texniki hissələr var. Lakin ən əsas yenilik ən möhtəşəm "Range Rover"-in güclü versiyasının peyda olmasıdır. Qarşılayın, "SVAutobiography Dynamic"!

Milli.Az auto.az-a istinadən bildirir ki, burada "RR Sport SVR"-dan yan keçmək mümkün olmayıb - model sırasında ən güclü avtomobilə yükləyicisi olan 5-litrlik V8, yəni, 550 a.g. və 680 Nm quraşdırılıb (adi "SVAutobiography"-də bu, 510 a.g. və 625 Nm idi). Avtomobildə 8-pilləli ZF avtomat sürət qutusu var. Bütün bu yeniliklər sayəsində avtomobil ilk yüzlüyü 5,1 saniyəyə yığır, maksimal olaraq isə 225 km/saata sürətlənir.

Yeni modifikasiya bunlarla bitmir. Burada, həmçinin 21- və ya 22-düymlük disklər, qırmızı (arzu edilsə) "Brembo" əyləc mexanizmləri, o cümlədən eksteryerdə qaz buraxma sisteminin 4 borusu və tünd-boz ştrixlər, habelə dəbli salon, - qara-qırmızı və müştərinin istəyinə uyğun digər rənglər, - var. Asılqan bir qədər aşağı salınıb və artıq standart komplektasiyada "Dynamic Response" və "Adaptive Dynamics" var. Bunlar bu və ya digər yol şəraitində avtomobili operativ tənzimləməyə imkan verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.