Maraqlı

Dünyanı dəyişmiş dahini niyə unutmuşuq? - FOTO

26 Aprel 2011 05:21
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, 70 il əvvəl dynyanın gedişatını dəyişmiş kəşf olub: həmin kəşfin müəllifi isə britaniyalı alim Frenk Uitlldir.

Ümumiyyətlə, bəşəriyyətin yaşamını dəytişən ən önəmli ixtira və kəşflər az deyil. Onların arasında 1876-cı ildə Aleksandr Qrem Bellin ilk dəfə telefonla danışması, 1825-ci ildə Corc Stefensonun yeni parovozla dəmiryolunda hərəkət etməsi və ən nəhayət, britaniyalı hərbçi-alimin II Dünya Müharibəsinin ən ağır günlərində səmaya yeni konstruksiyalı reaktiv mühərriklə təchiz edilmiş təyyarəni qaldırmasıdır.

Dünya aviasiyasının siması və ümumiyyətlə, insanların yaşamı məhz o gün, 1941-ci ilin mayın 15-də, İngiltərənin Linkolnşir şəhərinin səmasında dəyişdi.

Təsadüfi deyildi ki, həmin dönəmdə Britaniyanın baş naziri olmuş Uinston Çörçill demişdi: "Mənə Uitll kimi min nəfər verin, dünyanı fəth edim".
Fəqət, Britaniya ilə yanaşı, dünya da Frenk Uitll kimi dahini unudub.

Halbuki məhz bu dahi aviasiya mühəndisinin icad etdiyi yeni nəsil reaktiv mühərriklə təchiz edilmiş ilk təyyarə olan "Gloster Meteor" 1937-ci ilin aprelində səmaya qalxmış və əslində, reaktiv aviasiyanın əsasını qoymuşdu.

Linkolnşir şəhəri yaxınlığındakı Kranuell hərbi-hava bazası dünya aviasiyasının məcrasını və istiqamətini dəyişən, bəşəriyyətə reaktiv aviasiya verən kəşfin "məkan"ı olmuşdu.

Milli.Az











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.