Maraqlı

"Dəlisov ev xanımı": "Sən demə, bu işi də bacarıram" - FOTO

19 Aprel 2011 06:27
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Sun"a istinadən bildirir ki, ABŞ və dünyanın ən populyar teleseriallarından sayılan "Dəlisov ev xanımları"ın (The Desperate Housewives) ulduzlarından biri Teri Hatçer deyəsən, müğənniliyə başlamaq niyyətindədir.  

"Cystic Fibrosis Foundation" xeyriyyə fondunun təşkil etdiyi "Wisteria Lane Block Party" konsertində səhnəyə dəvət alan Teri Hatçer tədbirə toplaşanlara və ona danışmaq imkanı yaradanlara təşəkkür edib.

Çıxışında xəstələrə yardım məqsədi güdən təşkilatı tərifləyən Hatçer sonra deyib: "Bura konsertdir və əgər səhnəyə çağırılmışamsa, deməli, oxuya da bilərəm, deyilmi?! Rüsxət verilərsə, bir mahnı oxumaq istərdim". Bunu deyəndən sonra Hatçer əri Ceyms Denton və "Band From TV" qrupunun müşayiəti ilə oxumağa başlayıb.

"Universal Studios"dakı konsertdə Hatçerin ifası bəyənilib.

"Oxumağım insanların xoşuna gəlirsə, nədən bu işi davam etdirməyim ki?! Karyeramı dəyişə də bilərəm", - 46 yaşlı Hatçer söyləyib.

Milli.Az

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.