Maraqlı

Supermodel: "Tikdiyi paltarı dəfninə geyindim" - FOTO

1 Aprel 2011 12:23
Baxış: 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, tanınmış supermodel Keyt Moss "Harper's Bazaar" jurnalı üçün yeni fotosessiyada çəkilib. O, Aleksandr MakKuinin ölümündən sonra modalar evinin rəhbəri olmuş Sara Bartonun hazırladığı gəlinlik paltarında olub.
Bu gəlinlik paltarı isə aprelin 29-da Britaniya şahzadəsi Uilyamın toyunda gəlinin geyəcəyi paltardan da gözəl təsir bağışlayır.
Ekspertlər də deyirlər ki, dünyanın ən məşhur gəlinlik paltarı olacaq o geyimin "lider"liyinə zərbə dəyə bilər.

Britaniyada "Vəhşi pişik" adıyla tanınan Keyt Mossun dediyinə görə, mərhum Aleksandr Makkuinin onun qəlbində xüsusi yeri var.

"Aleksandrın hazırladığı paltarları çox bəyənirdim. Onun modelləşdirdiyi geyimlər mənə ləzzət verirdi. Aleksandr öləndə isə dəfn mərasiminə nə geyinəcəyimi bilmirdim. Qəflətən gözümə qara rəngli, boynu xəzli paltar sataşdı. Onu dolabdan çıxarıb geyindim. Həmin paltarı Aleksandr tikmişdi. Tikdiyi paltarı da dəfninə geyindim", - Moss deyib.

Milli.Az











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.