Dağıstanlı Albina İldarova "Miss Rusiya-2016" gözəllik müsabiqəsinə qatılandan və kamera qarşısında soyunaraq yarıçılpaq fotosessiyaya çəkiləndən sonra ölümlə təhdid olunur.
Milli.Az LifeNews-a istinadən bildirir ki, A.İldarovanın dediyinə görə, yarıçılpaq fotosessiyaya çəkilməzdən əvvəl valideynlərindən icazə alıb.
"Onlar icazə verdilər. Atamla anamın fikri mənimçün hər şeydən önəmlidir. Fotosessiyaya çəkildim. Fotolarım sosial şəbəkələrdə yayılandan sonra təhqir edilməyə, söyülməyə, ölümlə tədhid olunmağa başladım. Həmvətənlərimin fikirləri mənimçün önəmsiz deyil. Lakin onu da unutmayaq ki, Dağıstanda həmişə situasiyadan asılı olmayaraq başqalarını müzakirə etməyi sevirlər", - 21 yaşlı Albina İldarova söyləyib.
Onun sözlərinə görə, valideynləri mövqelərini dəyişməyiblər: "Onlar gözəllik müsabiqəsinə qatılmağıma da icazə verdilər: "Bu icazəni biz vermişik və əgər kiminsə sualı varsa, bizə üz tutsun" dedilər".
Albina İldarovanın yarıçılpaq fotoları sosial şəbəkələrdə yayılası Dağıstanda qalmaqala səbəb olub, kəskin narazılıqla qarşılanıb. "Belə qızı valideynləri diri-diri basdırmalıdırlar", "Əxlaqsızdır", "Bu iti güllələmək lazımdır", "Əsl fahişədir" və s. yazan şərhçilər A.İldarovanı təhdid edirlər.
A.İldarova Dağıstanın məşhur idmançılarının qızıdır. Onun atası kikboksinq üzrə məşqçi Maqomedrasul İldarov, anası isə kikboksinq üzrə ikiqat Avropa çempionu Ulyana Yusifovadır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: