Maraqlı

Aqressivlik nədir?

3 Aprel 2016 22:20
0 Şərh     Baxış: 16 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Demək olar ki, bütün yaş dövrlərində valideynlər uşaqlarının aqressivliyindən şikayət edirlər. Ancaq təəssüf ki, valideynlər çox vaxt bu aqressivliyə elə özlərinin səbəb oludqla-rını unudurlar. Hətta uşaqlarda aqressivliyin qarşısını almaq əvəzinə öz "əks-reaksiyala-rı" ilə onları daha da aqressivləşdirirlər.
Bütün uşaqların özlərinə görə hərəkətli olduqları dövrlər var. Xüsusilə, danışmağa yeni başlayan uşaqlarda belə hallar daha çox müşahidə olunur. Belə hallarda uşağa "aqressiv" damğası vurmaq səhvdir. Unutmayın ki, aqressivliyin qarşısının alınmasında psixoloji dəstəklə yanaşı, valideynlərin düzgün mövqeyi də çox vacibdir. Buna görə də, hər kiçik hə-rəkət üçün uşağa "aqressiv" damğası vurmaq əslində onu aqressivliyə sövq etmək demək-dir.
Aqressiv uşaq kimdir?..
- Aqressiv uşaq başqalarına
zərər verməyə çalışır.
- Bəzən hərəkətlə, bəzən sözlə
"hücuma keçir".
- "İctimai qanunlara" tabe olmur.
- Çox vaxt gərgin və əsəbi olur.
- Ətrafındakılarla ünsiyyət
qurmaqda çətinlik çəkir.
- Həmişə münaqişəyə hazırdır.
- Problemlərini sülh yolu ilə
həll etməyə meyilli deyil.
- Dostluq münasibətləri zəifdir.
- Həmişə fiziki gücünə arxalanır və s...
Aqressivliyin səbəbləri hansılardır?..
1. Orqanik səbəblər: Beyin təbəqəsinin iltihablanması kimi hallar aqressivliyə səbəb ola bi-lər. Belə vəziyyətlərdə əsasən dərman müalicəsi tətbiq olunmalıdır.
2. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi: Aqressivliyin ən mühüm sə-bəblərindən biri də budur. Məlum olduğu kimi uşaqlar çox sürətlə böyüyürlər. Bu böyümə ilə yanaşı onların "enerji ehtiyatları" da artır və uşaq enerjisini boşaltmağa ehtiyac hiss edir. Burada əsas məsələ uşağın enerjisini düzgün istiqamətləndirməkdir.
3. Uşağın başqalarından nümunə götürməsi: Bu "nümunə" uşağın öz valideyni, yaxınları, dostları və ya hər hansı bir TV qəhrəmanı ola bilər.
4. TV-dəki zorakılıq səhnələri: Bunun üçün uşağın baxdığı televiziya proqramlarını nə-zarət altında saxlamaq lazımdır. Bundan başqa, belə səhnələrə rast gəldikdə, onları şərh etmək və doğru olmadığını vurğulamaq olar.
5. Ailə daxilindəki gərginlik və uşağın zorakılığa məruz qalması: Evdəki gərginlik nifrətə, nifrət isə aqressivliyə səbəb ola bilər.
6. Zorakılığa təhrik: Uşağa istehza etmək və ya uşağın xoşagəlməz sözlərə məruz qalma-sı...
7. Valideynin aqressivliyi artıran reaksiyaları: Məsələn, uşağın "aqressiv" tələblərini yerinə yetirmək... Bu vəziyyətdə siz bir növ uşağınızın aqressivliyini mükafatlandırmış olursu-nuz.
Aqressivliyin qarşısını
necə almaq olar?..
1. Hər şeydən əvvəl aqressivliyə səbəb olan amilləri müəyyən etmək lazımdır. Valideyn bu məsələdə lazım gəlsə, bir mütəxəssisdən də kömək ala bilər.
2. Uşağa idmanla və ya musiqi ilə məşğul olmaq kimi enerjisini boşalda biləcəyi alternativ-lər təklif olunmalıdır.
3. Hansı televiziya proqramlarına baxdığını, kimlərlə dostluq etdiyini nəzarət altında saxlamaq lazımdır. Ancaq bütün hallarda uşağa təzyiq göstərmək olmaz.
4. Ailə daxilində əmin-amanlıq hakim olmalıdır. Zorakılığa yol verilməməlidir.
5. Aqressivliyə aqressivliklə cavab vermək olmaz. Əksinə, aqressiv uşaqla söhbət etməli və qəti şəkildə fiziki gücə yol verməməlisiniz.
6. Uşaq aqressivliyi ilə öz məqsədinə nail olmamalıdır. Valideyn bu məsələdə qətiyyətli ol-malıdır.
7. Uşağın "fəallığını" artırmaq üçün onun üzərinə müxtəlif məsuliyyətlər qoymaq olar...
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.