Maraqlı

97 yaşlı nənə feysbuku alt-üst edir - VİDEO

9 Dekabr 2015 13:25
10 Şərh     Baxış: 5 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu xanımın 97 yaşı olsa da, gənclərdən heç də geri qalmaq fikri yoxdur.

Milli.Az show.az-a istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində yaşayan Hüsniyə Avcı Kadıoğlu gününün yarıdan çoxunu kompüter arxasında, daha doğrusu, facebook səhifəsində keçirir. Doğum günündə nəvələri Hüsniyə Avcı Kadıoğluya fərqli ad günü hədiyyəsi etmək qərarına gəliblər.

Bunun üçün onlar facebook-da nənələrinə hesab açıblar. Lakin 97 yaşlı nənənin sosial şəbəkəyə bu qədər bağlanacağı ağıllarına belə gəlməyib. Bircə gün virtual aləmdən uzaq qalanda darıxdığını deyən  Hüsniyə nənə əylənərkən, rəqs edərkən, mahnı oxuyarkən, bir sözlə, həyatının ən maraqlı anları ilə bağlı şəkilləri və videoları facebook-da paylaşır, rekord sayda bəyənmə qazanır. Hətta vaxtaşırı yaşadığı yerin adət-ənənələri ilə bağlı məlumatları da virtual dostları ilə bölüşür.
Sosial  şəbəkəni sevdiyini deyən nənə facebook sayəsində darıxmadığını bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

97 yaşlı nənə feysbuku alt-üst edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.