Bu xanımın 97 yaşı olsa da, gənclərdən heç də geri qalmaq fikri yoxdur.
Milli.Az show.az-a istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində yaşayan Hüsniyə Avcı Kadıoğlu gününün yarıdan çoxunu kompüter arxasında, daha doğrusu, facebook səhifəsində keçirir. Doğum günündə nəvələri Hüsniyə Avcı Kadıoğluya fərqli ad günü hədiyyəsi etmək qərarına gəliblər.
Bunun üçün onlar facebook-da nənələrinə hesab açıblar. Lakin 97 yaşlı nənənin sosial şəbəkəyə bu qədər bağlanacağı ağıllarına belə gəlməyib. Bircə gün virtual aləmdən uzaq qalanda darıxdığını deyən Hüsniyə nənə əylənərkən, rəqs edərkən, mahnı oxuyarkən, bir sözlə, həyatının ən maraqlı anları ilə bağlı şəkilləri və videoları facebook-da paylaşır, rekord sayda bəyənmə qazanır. Hətta vaxtaşırı yaşadığı yerin adət-ənənələri ilə bağlı məlumatları da virtual dostları ilə bölüşür.
Sosial şəbəkəni sevdiyini deyən nənə facebook sayəsində darıxmadığını bildirib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.