Maraqlı

Üzündə ləkə olan xanımlara MƏSLƏHƏT

22 Oktyabr 2015 22:40
23 Şərh     Baxış: 10 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ləkələrin yaranma səbəbi müxtəlifdir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, öd kisəsində, bağırsaqda, ginekoloji sahədə, eləcə də hormonlarda problemlərin olması ləkələrin yaranmasına gətirib çıxara bilər. Bundan başqa, günəşdən qorunmadan günəş altında gəzdikdə, qoruyucu krem istifadə etmədikdə, yaşlılıqla bağlı olaraq da ləkələr yarana bilər.
Ləkə şikayəti ilə pasient gəldikdə ilk növbədə onun səbəbini araşdırmaq lazımdır. Öyrənmək lazımdır ki, bu, nə ləkəsidir və nədən sonra yaranıb.

Ana olduqdan sonra da cildlərində ləkə əmələ gələn qadınlar az deyil. 
Hamiləlikdən sonra düşən ləkələr adətən özləri keçib gedir. Hamiləlik bitib, uşaq 9-10 aylıqdırsa və ləkə hələ də getmirsə, ondan sonra mübarizəyə başlamaq lazımdır. Ləkə kosmetologiyanın ən çətin sahəsidir. Amma həll edilən problemdir. Düzgün müalicə edildikdə ləkələrə qalib gəlmək mümkündür.

Ləkələrin aparılması üçün bir çox üsul var. Bunların içərisində mezoterapiyadan başlayaraq lazer cilalanmasınadək müxtəlif kosmetoloji üsullar var.
Bəzi insanlar göz altında olan ləkələrlə müraciət edirlər. Göz ətrafı nahiyənin dərisi çox incə və həssasdır. Bu cür ləkələrdən şikayət edən xanımlara ilk məsləhətim budur ki, ev şəraitində heç nə etməsinlər. O ki qaldı ləkələrin qaralmasına, xüsusi göz ətrafı mezopreparatlarla mezoterapiya köməyinizə çata bilər.

Yay fəsli bitdikdən sonra istirahətin buraxdığı izlərdən biri də günəş ləkələridir. G. Mikayılova bildirir ki, ilk növbədə günəş ləkələrinin düşməməsinə çalışmaq lazımdır. Əgər günəş artıq sizin cildinizdə iz qoyubsa, bundan da xilas olacaqsınız.
Öncə ləkələrin düşməməsinin qarşısını almaq lazımdır. Unutmayın ki, profilaktika ən yaxşı müalicədir. O ki qaldı artıq əmələ gəlmiş ləkələrə, onları müxtəlif yollarla aparmaq olar. Bunların arasında pilinqlər, mezoterapiya, fraksional lazer və lazer cilalanması daha effektiv üsullar arasındadır. Fərddən və ləkələrin müayinəsindən asılı olaraq uyğun olan üsul tətbiq edilir.

Cildlərində ləkə olan xanımların çoxu bunun üzərindən əmələ gələn səpkilər və qızartılardan da şikayət edir. Həkim-kosmetoloq bu simptomların daha çox demodekoz, rozasea, seboreya və ya akne xəstəliklərinin əlaməti olduğunu deyir. Bu cür problemlərin müalicə edilməsi üçün ləkə və səpkilərin müayinə edilməsi, daha sonra nəticəyə görə müalicə tətbiq edilməsinə ehtiyac var.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.