Herpes (o cümlədən genital herpes) insanlarda ən geniş yayılmış xroniki virus infeksiyasıdır. Bu, selikli qişada və dəridə sərgilərlə xarakterizə olunur.
İnsan herpes virusuna necə yoluxur?
Xəstəliyin törədicisi herpeviruslar ailəsindən olan viruslardır. Bunlara insanda xəstəlik yarada bilən 8 növ virus aiddir. Infeksiyanın mənbəyi yoluxmuş (xəstə) insandır. Xəstəliyi ötürmə yolları kontakt (birinci tip üçün səciyyəvidir), damcı, cinsi akt yolu ilə (ikinci tip üçün səciyyəvidir) və plasenta hesab olunur. Genital herpesə həssaslıq çox yüksəkdir.
Virus hüceyrənin gen aparatında yer alıb, onu zədələyir. Hüceyrələrin bölünməsi zamanı herpes bütün irsi məlumatlarla birgə digər hüceyrələrə də ötürülür. Qadının bir dəfə herpesə yoluxması kifayətdir ki, o, bundan artıq yaxa qurtara bilməyəcəkdir. Qadınlarda genital herpes aşağıdakı səbəblərdən yaranır: menstruasiya (aybaşı), alkoqol, soyuqlama, isti vurma, stress, infeksiya xəstəlikləri (məsələn, qripp), emosional gərginlik.
Qadınlarda genital herpesin əlamətləri
Ağız, yanaq, burun, göz, dodaq nayihələrindən yaranan adi herpes kimi, genital herpes (cinsiyyət orqanlarının qişasında yaranan) suluqlar şəklində özünü büruzə verir. İnkubasiya dövrü 1-10 gün təşkil edir. Virus zədələnmiş nayihədə yanğı, qaşınma və ağrı yaradır. Əksər hallarda suluqların möhtəviyyatı şəffaf olur, lakin müstəsna hallarda o, qanlı da ola bilir. Xəstəlik əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginliklə müşayiət olunur. Xəstəliyə yoluxduqdan dörd gün sonra suluqlar partlamağa başlayır və bu zaman islanan yaralar, bəzi hallarda isə (qabıq altında və ya onsuz sağalan) xoralar əmələ gətirir. Yuxarıda qeyd edildiyi kimi, xəstələr zədələnmiş nayihədə ağrı, qaşınma hiss edirlər. Bədənin hərarəti 38 dərəcəyə qədər yüksəlir. Qasıq limfa düyünlərinin böyüməsi istisna olunmur. Genital herpesin kəskin dövrü 3-5 həftəyə qədər davam edir.
Qadınlarda genital herpesə yoluxma
Genital xəstəliyi anal, oral və vaginal sekslə məşğul olmaqla "qazanmaq" olar. Kəskin simptomları olan insanlar daha yüksək yoluxdurucu qabiliyyətə malikdirlər. Lakin əksər hallarda xəstəliyə simptomsuz cərəyan edən insanlar yoluxdururlar. Tibbi təcrübədə xəstə, genital herpesə yoluxmuş gələcək ananın xəstəliyi dölə ötürdüyü hallar da qeydə alınmışdır. Xəstəliyə hansısa digər yollarla yoluxma ehtimalı azdır. İctimai tualet, üzgüçülük hovuzları, ümumi qab, hamam, dəsmal və s.-dən istifadə etməklə yoluxma yolu deyil.
Hamilə qadınlarda genital herpes
İltihab prosesləri reproduktiv orqanlara təsir etmədikdə, adi herpes hamilə qalmağa heç bir təsir göstərmir. Qadında xəstəliyin olması gələcək uşağın normal formalaşmasına mane ola və hamiləliyin gedişini ağırlaşdıra bilər.Qadın hamilə qalıncayadək bu virusun daşıyıcı olmamışdırsa və əvvəllər də bu xəstəliyi keçirməmişdirsə, onda o, yoluxduğu təqdirdə, hamiləliyin birinci trimestrində qeyri-ixtiyari abort (uşaq salma), daha yetkin dövrlərdə isə erkən doğuş ehtimalı yüksək olur. Hamiləlik zamanı yarana biləcək ağırlaşmaların da rolu böyükdür. Uşaq üçün, xüsusən də hamiləliyin ilk yarısında herpes virusunun xoşgəlməz nəticələri ola bilər, çünki virus döldə qüsurların inkişafına səbəb ola bilər. Qeyd edilməlidir ki, məhz genital herpes inkişafdan qalmış hamiləliyin əsas səbəblərindən biridir. Genital herpes xronikidirsə, hamiləliyin aktivləşməsi mümkündür, çünki hamilə qadının immunitetinin zəifləməsi təbii haldır. Xroniki xəstəlikdə körpənin yoluxma ehtimalı azdır. Gələcək ana infeksiyaya birinci və ya sonuncu tirmestrdə yoluxarsa, onda doğuşdan sonra uşaqda göz, dəri və sinirin herpetik zədələri yarana bilər.
Qadınlarda genital herpes - simptomları
Xəstəlik uşaqlıq yolu, kiçik və böyük cinsi dodaqlar, uşaqlıq boynu, anal dəliyi və sidik ifrazı kanalı nayihəsində səpgilərlə özünü bildirir. Budun daxili səthinə yayılması da mümkündür. Səpgi çox vaxt yanğı (acışma) və ağrı ilə müşayiət olunması mümkündür. Səpgi qruplaşmaya meylli olan xırda suluqlardan ibarət olur. Onların möhtəviyyatı bulanıqlı olur. Əksər hallarda, təxminən bir həftə sonra, bu suluqlar partlamağa başlayır. Onların yerində əvvəlcə eroziya əmələ gəlir, sonra tədricən onları 2-3 həftəyə sağlam toxuma ilə örtülən qabıq əvəz edir. Bu xəstəlik üçün dəri qaşınması və zədələnmiş sahələrdə qaşınma səciyyəvidir. Çox vaxt qadınlar özlərində məhz bu simptomları müşahidə etdikdən sonra həkimə müraciət edirlər. Bəzi hallarda xəstə qadınlar qaşınma, acışma və yanğıdan başqa, qarnın alt hissəsində düz bağırsağa və ya bel nayihəsinə verən ağrılar da hiss edirlər. Həmçinin xəstəlik zamanı cinsi yollardan ifrazatların intensivliyi də qeydə alınır. Bu, xüsusən də menstrual tsiklin ikinci yarısında müşahidə olunur.
Genital herpes - müalicə
Bu xoşagəlməz xəstəlikdən yaxa qurtarmaq üçün ilk növbədə təmkinli olmaq lazımdır. Əlbətdə ginekoloqa müraciət edilməlidir. Bu zaman orqanizmin müdafiə qüvvələrini yüksəldən virusəleyhinə vasitə və preparatlar qəbul etməklə kombinə edilmiş terapiya tələb olunur.
ginekoloq.az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ən geniş yayılmış xroniki virus: herpes nədir?
27 İyun 2015 19:05
22 Şərh
Baxış: 50 011

DİGƏR XƏBƏRLƏR
-
Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi - VİDEO
-
Baş rol aktyoru "Bahar"ı tərk edir - FOTO
-
Musleradan sonra "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - FOTO
-
Murad Musayev Putinin zəngindən danışdı
-
Mahir sevgilisi ilə İspaniyada belə dincəlir - FOTOlar
-
Zenfira ilk dəfə dəbdəbəli evini göstərdi - VİDEO
XƏBƏR LENTİ
-
Atalara 14 günlük məzuniyyət hüququ veriləcək?
-
Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi - VİDEO
-
Hakan Fidan Moskvadan sonra Kiyevə gedəcək
-
İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu
-
Millimiz 1/4 finalda! - VİDEO
-
Baş rol aktyoru "Bahar"ı tərk edir - FOTO
-
Laçın kanatı belə olacaq - FOTO
-
Müharibənin taleyi Putinə qaldı
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif
-
Məhkəmə Hüseynlə bağlı qərar verdi
-
Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirilir: Bu fermerlərə 15 min ayrılacaq
-
Musleradan sonra "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - FOTO
-
Anasının məzarından FOTOlarını paylaşdı
-
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib
-
"VİA Qra" qrupu fəaliyyətini dayandırdı
-
Lisey və gimnaziyalara qəbulla bağlı rəsmi açıqlama
-
Macarıstan Prezidenti İlham Əliyevi təbrik edib
-
Andjey Duda İlham Əliyevə təbrik ünvanlayıb
-
Murad Musayev Putinin zəngindən danışdı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
-
Kavelaşvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Yaşıl nəqliyyat biznesi ilə bağlı ictimai müzakirə təşkil olunub - FOTO