Milli.Az 4charx.com-a istinadən bildirir ki, kapotun altında 5,0 litrlik V8 turbo mühərrik yer alıb. Tüninq paslanmayan metaldan idman xaricetmə sistemi boruları və daha da yaxşılaşdırılmış aerodinamik asma ilə davam etdirilib. Bunun üçün tuner yeni ön və arxa bamperlər, ön barmaqlıq, ön spoyler, daha geniş qanadlar, yeni yan kəndarlar, arxa diffuzor, həmçinin damda spoyler və arxa qapı quraşdırıb.
Bundan əlavə, Lumma mütəxəssisləri kapotu onun idman versiyası ilə əvəz ediblər və gündüz işıqdiod hərəkət işıqları quraşdırıblar. Range Rover Sport 22 düymlük qara rəngli CLR təkər diskləri ilə təchiz edilib.
Salon iki rəngdə təbii dəri və alkantara ilə işlənib. Aksentlər karbondan düzəldilib. Pedallar və ayaq altlıqları alüminiumdan hazırlanıb.
Milli.Az




