100 il əvvəl nəsli kəsilmiş super sıçovul
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər 100 il bundan əvvəl kökü kəsilmiş super-sıçovul barədə onun DNT izləri əsasında ətraflı məlumat əldə edə biliblər.
Bioloqlara görə "Düyü sıçovulu" adı ilə tanınan və pişik boyda ölçüləri olmuş həmin məməlilərin son nümayəndələri Karib adalarında 100 il bundan əvvəl yoxa çıxıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, Britaniyalı alimlər tərəfindən aparılmış elmi tədqiqatın nəticələri Kral Elmi Cəmiyyəti tərəfindən nəşr edilən "Proceedings B" jurnalında dərc edilib.
Alimlərə görə, bu heyvanların nəslinin kəsilməsinə səbəb avropalıların adalara gəlişi və onların fəaliyyəti nəticəsində Karib adalarının təbii landşaftının dəyişməsi olub.
Zooloji müzey kolleksiyalarında bu heyvanların yalnız bir neçə nümunəsi qalıb.
Arxeoloji qazıntılar nəticəsində əldə olunan DNT izlərinin təhlili əsasında super-sıçovulların Karib adalarında ilk dəfə necə peydə olduqları və onların bu ərazidə necə inkişaf edib və yayıldığı barədə məlumat toplanıb.
Araşdırmalar göstərib ki, bu heyvanlar Karib hövzəsində ilk dəfə təxminən 6 milyon il bundan əvvəl Miotsen erasının son mərhələsində peyda olub.
Alimlərə, görə avropalılar adalara gəldikdən sonra meşələrin qırılması, adalarda ətraf mühit mənzərəsinin dəyişdirilməsi prosesləri başlayıb ki, bu da "Düyü sıçövulunun" kökünün kəsilməsində başlıca amilə çevrilib.
Karib adalarında avropalılar ətraf mühit landşaftını dəyişməklə yanaşı onlarla birgə bu əraziyə ayaq basmış qara sıçovul və manqustlar da aborigen super-sıçovulların yaşayış arealının sürətlə daralmasına səbəb olubmuş, alimlər qeyd edir.
Nəticədə, sonuncu "düyü sıçovulu" adalarda 20-ci əsrin ilk illərində yoxa çıxıb.
Alimlər bu məməlilərin nəslinin kəsilməsinin Karib hövzəsi biomüxtəlifliyi üçün böyük itki olduğunu deyirlər.
Onların təbirincə, insan fəaliyyəti bu regionda canlı təbiət müxtəlifiliyinin sürətlə kasadlaşmasına aparır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





