Hadisə azərbaycanlıların məskunlaşdığı Qərbi Azərbaycan ostanındakı Salmas şəhərində baş verib.
Milli.Az BBC-yə istinadən bildirir ki, istifadəçilərin bəziləri Firdovsi meydanın adını İnqilab Meydanına dəyişmək barədə hökumət qərarını dəstəkləyiblər. Digərləri bu addımı tənqid edirlər.
Firdovsi Şahnamə əsərinin müəllifidir. Türk mənşəli iranlılar inanırlar ki, həmin əsərdə türk və ərəblər təhqir edilir.
Bu ictimai yerdən heykəl sökülməsilə bağlı ilk hal deyil. 2010-cü ildə İran mediası bir neçə milli qəhrəmanın abidələrinin naməlum səbəblərə görə yoxa çıxdığını xəbər verib.
Firdovsinin heykəlləri İranın bir çox şəhərində, o cümlədən paytaxt Tehranda da var. Fotoda Tehranın Ferdovsi Mehdanındakı heykəl göstərilir
"Media İran hökumətinin "qeyri-islami" adlandırdığı heykəllərin sökülməsi haqqında ilk dəfə 2010-cü ildə məlumat verib. O zaman [Əhmədinejadın başçılıq etdiyi] hökumət heykəllərin yerindən götürülməsini oğurluq kimi dəyərləndirmişdi", - fevralın 10-da Sahamnews saytı bildirib.
Facebook kampaniyası
Heykəlin sökülməsinə etiraz edənlər "Firdovsi haradadır?" kampaniyasına başlayıblar.
Fevralın 12-ə olan məlumata görə onların yaratdığı səhifə 657 istifadəçi tərəfindən bəyənəlib. Həmin səhifədə sökülmüş heykəli əks etdirən bir neçə görüntü yerləşdirilib. Kampaniyaçılar səhifədə rəsmilərin olduğu güman edilən telefon nömrələrini dərc edərək etiraz üçün həmin nömrələrə zəng etməyə səsləyiblər.
"İran və iranlılara Salmas şəhəri bələdiyyəsi və yerli hakimiyyət başçısı ofisi tərəfindən yetirilən təhqir bağışlanılmazdır", - Facebook səhifəsində deyilir.
Firdovsi "irqçilik simvoludur"
"Firdovsi irqçilik, yalan, şişirtmənin simvoludur, o antiərəb və antitürk əhvalını yayırdı. Yerli sakinlər bələdiyyə və Salmas şəhər hakimiyyətinin qərarından razıdır", Tahir Mahami adlı Facebook istifadəçisi Taghato səhifəsində yazıb.
Rasul Javan adlı başqa bir istifadəçi isə Taghato səhifəsində belə bir şərhlə paylaşıb.
"Biz azərilərin öz məşhur şairlərimiz var. Bizə sizin Firdovsi və Sədi lazım gəlmir. Mən Salmas merini təbrik edirəm - siz möhtəşəm addım atdınız".
"Şahnamə sətirləri türk irqinə qarşı həqarət və nifrətlə doludur", - Hooman Esmaeilzadeh "Traxtor Club 1970" səhifəsində bildirir.
"Qərarın icra olunması üçün icra o yerli hakimiyyət başçısı tərəfindən təsdiq olunmalıdır. Bu deməkdir ki, hökumət xəyanətin iştirakçısıdır", - Mahmood Najar Sadeghi adlı istifadəçi mülahizəsilə bölüşür.
Twitterdə 565 davamçısı olan @balal666 isə belə şərhilə bölüşüb: "Şəhərin meri pantürkçü olarsa bundan artıq nə gözləmək olar ki!"
Milli.Az

