Qaynar Lexus-un sirri - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Lexus GS F "qaynar" sedanın ictimai təqdimatı bir neçə gündən sonra Detroyt beynəlxalq avtosalonunda nəzərdə tutulub. Mətbuat üçün rəsmi açıqlamaya görə avtomobilin təchiz olunduğu səkkiz silindrli atmosfer bloku 467 (475) a.g. və 389 Nm fırlanma anı hasil edir. Bu Lexus şirkəti pərəstişkarları üçün o qədər də sevindirici xəbər deyil. Belə ki, 2016-cı ilin Lexus GS F "qaynar" sedanı kağızda yuxarıda adları çəkilən rəqiblərinin hamısından geri qalır. Məsələn, BMW M5 - 560 a.g., Mercedes-Benz E63 AMG - 550 (557) a.g., yeni Cadillac CTS-V - 640 a.g. ( 855 Nm) hasil edirlər.Razılaşaq ki, 467 at gücü açıq-aşkar azdır. "Qaynar" Lexus GS F sedanın dinamik göstəriciləri açıqlanmayıb.
Dizayna gəldikdə isə etiraf etməliyik ki, Lexus GS F sedan yaraşıqlı və estetikdir. Avtomobil proqressiv torlu radiator barmaqlığı, işıqdiod optikası və bumeranq formalı gündüz hərəkət işıqları əldə edib. Yeni aerodinamik elementlər sedana həqiqətən aqressiv və idmansayağı xarici görünüş bəxş edib. Lakin bir çox mütəxəssislərin qeyd etdiyi kimi Lexus GS F sedan bir çox şeydə şirkətin əvvəlki modellərini təkrar edir. Digər tərəfdən onun tamamilə yeni bir maşın olacağını da heç kim deməmişdi.
Lexus GS F 2016 qaynar "sedanın" salonu karbon və alkantara ilə işlənib. Bundan başqa sedan idman kürsüləri, xüsusi işlənib hazırlanmış asqı və gücləndirilmiş şassi əldə edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





