Maraqlı

Tanınmış aktyor kral oldu, döyüşdü - FOTO

13 Oktyabr 2014 10:45
1 Şərh     Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilis aktyor Benedikt Kamberbetç BBC telekanalında nümayiş olunan "Sherlock" teleserialındakı "Şerlok Holms" rolundan sonra dünyaca məşhurlaşıb. 38 yaşlı aktyorun personajının ən effektiv silahı intellekti, zəkasıdır. Fəqət, Şerlok obrazını yaradan aktyor həm də döyüşçü ola bilər.

B.Kamberbetç hazırda BBC2 telekanalında göstəriləcək "The Hollow Crown" serialında da çəkilməyə başlayıb.
 

Aktyor bu serialda İngiltərə kralı 3-cü Riçard rolunu oynayır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən teleserialın yeni seriyasının çəkilişlərində 1485-ci ildəki Bosuort savaşı canlandırılıb.

B.Kamberbetç at üzərində, zirehdə idi və "düşmən"ə qarşı döyüşürdü.
 

Çəkilişlər Hartfordşir qraflığındakı Riksmənuorzda aparılıb.
 

"The Hollow Crown" serialında Martin Frimen, Cudi DençHyu Bonnivell də rol alıblar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.