Ailə çətinlikdə, ana kefdə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əri və uşaqları damından su daman, soyuq və rütubətli köhnə maşında istirahət edən, özü isə tropik kurortda istirahət edən qadın yaxşı ev xanımı, qayğıkeş ana sayıla bilərmi?
Çətin.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Jül Osmani Sakit okeanda, Fransız Polineziyasındakı Bora-Bora adasında istirahət edib.
Britaniyanın Dorset qraflığında yaşayan 51 yaşlı Jül Osmani okeandakı adada kef çəkəndə, dalğaların qoynunda üzəndə, bəyaz qumlu çimərlikdə özünü günə verəndə onun əri və uşaqları köhnə avtofurqonda, yağışın altında qalmışdılar.
Osmani ailəsinin xanımı okean dalğalarında üzəndə sevinirdi.
Amma Dorsetdə qalmış ər və uşaqlar bu sevinci paylaşmırdılar.
Sid Osmaninin dediyinə görə, oğlu Lüis və qızı Aleksa ilə fevralda Dorsetdə olanda onun arvadı adada idi.
"Mən də bilirəm ki, pisdir. Amma nə edim?! Jül baş-beynimizi aparmışdı. İllərdi ki, sürəkli deyinir, normal istirahət edə bilmədiyini söyləyirdi. Elə hey deyirdi ki, tropik adalardan birində dincəlmək, kurortda istirahət etmək istəyir. Pulumuz yoxdu, Jül də deyinirdi. Axırda borc-xərc pul düzəltdim, Jül də getdi istirahətə. Hər halda fasiləsiz deyinmələrdən və şikayətlərdən canımız qurtardı", - Sid Osmani deyib.
Jül Osmani isə söyləyir ki, 9 yaşlı Lüsi və 14 yaşlı Aleksanın incikliyini anlayır.
Amma...
"Hələ 9 yaşım olanda Bora-Boraya getmək istəyirdim. Oranın əla çimərliklərini, lacivərd okeanını reklamda görmüşdüm. O vaxtdan bəri arzulayırdım ki, adaya yollanım. Tanrıya şükür ki, arzumu reallaşdırdım", - Jül Osmani deyib.
Jülün əri, 56 yaşlı Sidin sözlərinə görə, xanımı onu və uşaqlarını "ada arzusu" ilə bezdirmişdi.
"Fevralda məzuniyyət götürmək və evimizi yüngülvari də olsa, təmir etdirmək istəyirdim. Maşının da təmirə ehtiyacı vardı. Amma Jül "Bora-Bora arzusu" ilə canımızı boğaza yığdığından əlimizdə olan 5 min funt-sterlinqi ona verdik ki, istirahətə yollansın", - Sid deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







DİGƏR XƏBƏRLƏR
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





