Maraqlı

Tanış olun: Mitsubishi Shogun Barbarian

11 İyul 2014 21:37
0 Şərh     Baxış: 1 184
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Mitsubishi yapon şirkəti yeni Shogun Barbarian avtomobilini rəsmi təqdim edib. Yeni eksklüziv avtomobilin təqdimatı İngiltərədə keçirilib. Yeni model xromlu arxa görünüş güzgüsü və 20 düymlük iki rəngli orijinal yüngül lehimli disklər əldə edib. Bazarda Mitsubishi Shogun Barbarian dörd müxtəlif rəngdə təklif ediləcək: Black Pearl, Frost White, Eiger Grey və Cool Silver.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin salonunda kəskin dəyişikliklər yoxdur. Amma yeni yolsuzluq Mitsubishi Shogun Barbarian avtomobili dəri üzlü kürsülər, sükan çarxı və orijinal pedal birləşməsi əldə edib. Yeni model həm də GPS naviqasiya sisteminə və kondisionerə sahibdir. Təəssüf ki, yapon avtonəhəngin rəsmi mətbuat xidməti ictimaiyyətə avtomobilin çoxsaylı şəkillərini açıqlamayıb.

Yeni eksklüziv Mitsubishi Shogun Barbarian yaxın vaxtlarda 31 999 funt sterlinq start qiyməti ilə bazara çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.