Nağıl kitabları uşaqların həm psixoloji, həm də ictimai inkişafında əhəmiyyətli rol oynayır. Məsuliyyət sahibi olmaq, yalan danışmamaq və hadisələrdən doğru çıxmaq kimi xüsusiyyətlərin təkmilləşməsinə kömək edən hekayələr, uşaqların yaşlarına uyğun seçildiyi halda xarakterin inkişafına da doğru yöndə təsir edir. Modern.az saytı xarici mətbuata istinadən hekayələrin uşaq psixologiyasına təsiri məqamlarını oxuculara təqdim edir:
Demək olar ki, bütün uşaqlar hekayə və nağıllarla böyüyür, xəyal dünyasına çoxlu qəhrəmanlar qonaq edir və onları yuxularında görürlər. Bu xəyallar və xəyali qəhrəmanlar, o uşağın eyni zamanda xarakterinin də meydana gəlməsində böyük rol oynayır. Nağıllar uşağın zəkasını inkişaf etdirməsi, qavrama və diqqət gücünü artırması, söz ehtiyatını zənginləşdirməsi, öyrənmə istəyini və maraq hissiyatını artırması yönü ilə uşağın inkişafında əhəmiyyətli rol oynayır. Psixoloqlar, nağıl kitablarının 3-4 yaşından etibarən uşaq və valideynlər arasında bir söhbət vasitəsi olduğunu ifadə edərək, "Nağıllarla uşağın dünyasına girmək və xarakterin inkişafı dəstəkləmək olar. Uşaq nağıllarda özünü tapır.
Nağıldakı xarakterlə qaynaşır, inteqrasiya olunur, ondan təsirlənir", - deyirlər. Psixoloqlar, nağılların diqqətli seçilməsini məsləhət görürlər. Çünki nağıllar uşaqların təxəyyülünü genişləndirir. "Ailələr nağıl oxumaq üçün uşaqlarına vaxt ayırmalıdır. Bu nağıllar haqqında uşaqlarla danışmalıdırlar. Nağıllar, uşaqların öz dünyalarında qarşılaşdıqları çətinlikləri həll etməsinə köməkçi olub, mühakimə, məntiq, səbəb-nəticə əlaqəsi qurma bacarıqlarını təkmilləşdirir."
Ailə, hekayə və nağıllar vasitəsilə uşaqlarına çatdırmaq istədiklərini - məsələn, yaxşı ilə pis, çalışqan ilə tənbəl, məsuliyyətli ilə məsuliyyətsiz xarakterlərini uşaqlarının dünyasında canlandıraraq, hekayələr vasitəsilə çatdıra bilər. Psixoloqlar, uşaqlar üçün hekayə seçimi ilə bağlı bunları təklif edir: "1-3 yaşda olanlar üçün qalın kartonlu və ya parça kitablar, şəkillərin olduğu, parlaq, uşağın diqqətini cəlb edən kitablar seçilməlidir. 3-5 yaşda ki uşaqlar həyatın içindən olan şəkillərlə zəngin, təxəyyülü inkişaf etdirən hekayə kitabları ola bilər. 5-8 yaşlı uşaqlar üçün nağıllarda doğrunu və səhvi bir yerdə saxlayan və daha çox gerçək hekayələrdən ibarət olan bol şəkilli, uşağın diqqətini cəlb edən nağıl kitabları seçilməlidir. 8-12 yaşlı uşaqlar üçün kitabları isə uşağın da istədiyi, təxəyyülü inkişaf etdirə bilən macəra, nağıl, hekayə, lətifə, şeir, tapmaca, roman və əfsanələrdən ibarət ola bilər".
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Uşaqlar üçün nağılları necə seçməli?
21 İyun 2014 17:23
0 Şərh
Baxış: 4 836

DİGƏR XƏBƏRLƏR
-
Kişi-qadın münasibətində balansı necə qorumaq olar?
-
Bu 4 BÜRCDƏN əsl psixopat çıxa bilər: uzaq durun
-
Məşhur telefon markası fəaliyyətini dayandıracaq - FOTO
-
Kondisioneri əvəz edəcək yeni üsul - Evi anında soyuyur
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO
XƏBƏR LENTİ
-
Kişi-qadın münasibətində balansı necə qorumaq olar?
-
Bu 4 BÜRCDƏN əsl psixopat çıxa bilər: uzaq durun
-
Məşhur telefon markası fəaliyyətini dayandıracaq - FOTO
-
Kondisioneri əvəz edəcək yeni üsul - Evi anında soyuyur
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO
-
Ən cazibədar futbolçu FOTOları ilə azarkeşləri heyran etdi
-
“Vacib uğurdur” - Rəşad Sadıqov
-
Rusiya Xarkovu PUA-larla vurdu - onlarla yaralı var
-
Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
-
“Mançester Siti”dən ayrılacaq
-
"Bunu edəndən sonra özümü söyürəm" - Xuraman Şuşalı
-
Argentina sahillərində güclü zəlzələ oldu - yenilənib
-
Bakıda çoxmərtəbəli binada yanğın olub - VİDEO
-
Günün qoroskopu: Niyyətlərinizə fokuslanın
-
Bakının bu ərazisində nəhəng park salınır
-
Bakıda sevdiyi oğlandan ayrılan qadına bıçaqlı hücum oldu - VİDEO
-
Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
-
Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
-
Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma - VİDEO
-
Xumar Qədimovanın efirdəki hərəkəti gündəm oldu - VİDEO
-
Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionu oldu
-
Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
-
“Zirə” qələbə qazandı