Sirli yuxu: bu kənddə yatır, ayıla bilmirlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd sakinləri sirli, müəmmalı, bilinməyən xəstəliyə tutulublar. Epidemiya kimi yayılan xəstəliyin nə adı bilinir, nə də müalicə yolları.
Kənd sakinləri yolla getdikləri yerdə yuxulayır, yıxılırlar.
Hər şey ötən ilin martında başlayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Qazaxıstanın Akmola vilayətindəki Kalaçi kəndinin 6 sakini qəflətən yuxuya getdikləri üçün xəstəxanaya aparılmışdılar.
İndi belə binəvaların sayı 60-a çatıb.
Həkimlərin dediklərinə görə, həmin adamların bir neçəsi dəfələrlə sirli yuxuya gedib.
Akmola vilayət xəstəxanasının həkimləri ilk əvvəl düşünürdülər ki, kəndlilər saxta araqdan zəhərləniblər.
Kalaçi kəndində müəmmalı yuxuya getmiş ilk qadın olan Lyubov Belkova indiyədək 7 dəfə sirli röyaya dalıb.
Onun qızı Natalya Mixel 2, nəvəsi Diana isə bir dəfə yatıb.
Belə yuxuların hər biri ən azı 6 gün davam edib.
"Yatan"ların hamısında yuxudan ayılandan sonra orqanizmin ümumi zəifliyi, sürəkli yatmaq istəyi, yaddaşın korşalması və halsızlıq müşahidə olunur.
Qazaxıstan Səhiyyə Nazirliyi ölkənin Akmola vilayətinin Krasnoqorsk rayonundakı Kalaçi kəndində indiyədək bir neçə araşdırma aparılıb. Kənddə torpaq, hava, su nümunələri götürülüb. Yatanların saçları və dırnaqları belə, araşdırılıb. Amma sirli yuxunun səbəbləri tapılmayıb.
Ekspertlər isə hesab edirlər ki, bu sirli yuxunun səbəbi kəndin Krasnoqorsk qəsəbəsinin yaxınlığında yerləşməsidir. Qəsəbənin həndəvərində isə 1960-1990-cı illərdə uran çıxarılılmış mədən var. Sovetlər birliyi dağılandan sonra uran hasilatı dayandırılıb, mədənsə bağlanıb.
Krasnoqorsk xəstəxanasının baş həkimi Kabdraşit Almaqambetovun dediyinə görə, sirli yuxunun səbəbi radioaktiv radon qazından zəhərlənmədir.
"Pasiyentlərə ksenon qazını verir, dərin narkotik yuxuya nail oluruq. Ksenon narkozundan sonra pasiyent maksimum 1 saat keçəndə ayılır. Kalaçi sakinləri isə 6 sutka yatırlar. Bundan başqa, biri zəhərlənib yatırsa, onun yanında olan yuxuya getmir", - K.Almaqambetov deyib.
Ən ağır qallüsinasiyalar və qarabasmalar isə sirli yuxuya getmiş uşaqlarda olur.
Mişa Plyuxin deyir: "Yuxudan ayılanda ətrafımda lampalar, qanadlı balaca atlar uçurdu. Anamın 8 gözü, xortumu vardı. Evdə hər yerdə ilanlar sürünürdü, əllərimi soxulcanlar yeyirdi".
Kənd bələdiyyəsinin sədri Aleksandr Rats da nə edəcəyini bilmir: "Kalaçidə vəziyyət çox pisdir. İnək öləndə belə "Yatıb!" deyirlər. Qoca kişi də yatmışdı. Ölmüş bildik, az qaldı dəfn edək".
Həkimlərin sözlərinə görə, Kalaçidə baş verənlər toksik ensefalopatiya deyil. Belə xəstəlikdə insanlar gəzmir, danışmır, yatırlar. Üstəlik, sirli yuxuya səbəb olan zəhərli agent də naməlumdur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü





