Milli.Az xəbər verir ki, tanınmış rusiyalı fotoqraf Maksim Kostetskiy yüzlərlə toy fotosessiyaları çəkib. Artıq 7 ildir ki, bu işlə məşğul olur. Maksim toy fotosessiyaları üçün ən populyar yerlərin adını açıqlayıb.
Qatarda
İki il əvvəl Yekaterina adlı bələdçiylə tanış olmuşdum. O mənə icazə verirdi ki, qatarda cütlüklərin fotolarını çəkim. Sonradan onu beynəlxalq reysə keçirdilər. Ancaq ən yaxşı fotolar qatarda olmuşdu. Gənclər daha çox yolda poza verməyi sevirlər.
Gəmidə
İmkanlı gənclər və ya onların valideynləri fotosessiyalar üçün 2-3 saatlıq yaxta kirayələyirdilər. Kimin yaxta kirayələməyə imkanı çatmırdısa, sadəcə dəniz vağzalına gedib üç bilet alırıq, səyahət zamanı fotolar da çəkirik. Bu cür səyahətlər ömür boyu yadda qalır.
At tövləsində
Cütlüklər atların yanında foto çəkməyi də sevirlər. Fermerlə danışmışam. Lazım olanda onun at tövləsində də fotolar çəkirik. Ancaq bu çox vaxt alır. Belə yerlərdəki fotoları toydan sonraya saxlamağı məsləhət görürəm. Çünki gəlinlik paltarını çirkləndirmək olar.
Meşədə
Bahar fəslində ən romantik fotosessiyalar meşədə alınır. Yayda taxıl sahəsi də uğurlu alınır. Yeri gəlmişkən, meşə qışda da fotosessiya üçün maraqlı olur.
Oteldə
Oteldə fotolar tək otaqda deyil, foyedə, liftdə və damda da çəkilir. Əgər hava yaxşı deyilsə, bu ən yaxşı variantdır.
Fotoqraf hesab edir ki, ilk beşlikdən əlavə, körpü, limuzin, retro avtomobil və motosiklet də fotosessiya üçün maraqlı yerlərdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





