Maraqlı

Niyə köhnə fotolarda heç kəs gülmür?

9 Aprel 2015 23:18
1 Şərh     Baxış: 2 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

XIX əsrdə çəkilən fotolara baxarkən heç kimin gülmədiyini görmək olar.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunun səbəbi ilə bağlı bəzi ehtimallar var.
 

Bunlardan birincisi, köhnə fotoaparatların gülümsəmə anını tuta biləcək texnologiyaya malik olmamasıdır. İkincisi isə fotoqraf sənətinə rəsm sənətinin bir hissəsi kimi baxılması ilə əlaqədardır. Keçmişdə insanlar qaş-qabaqlarını tökərək rəssamlara portretlərini çəkdirməyə vərdiş etmişdilər.

Daha bir təxmin onunla əlaqədardır ki, keçmiş fotolar ölümsüzlüyün bir hissəsi kimi qəbul edilirdi. Buna görə də ölülərin fotolarını çəkmək adəti də bu cür düşüncənin məhsuludur.
 

Və son olaraq, keçmiş mədəniyyətlərdə gülmək axmaqlıq hesab edilirdi.

Milli.Az


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.