Maraqlı

Dünyaya məlum olmayan cisim tapıldı

7 May 2014 10:19
0 Şərh     Baxış: 1 943
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Mendeleyev cədvəlinə yeni maddə əlavə oluna bilər. Cədvələ əlavə oluna biləcək 117-ci elementə hələ də ad verilməyib.

Almaniyanın ağır elementlər institutunda keçirilən sınaqlardan sonra Mendelyev cədvəlində olmayan 117-ci elementin varlığı artıq alimlərdə daha az şübhə doğurur.  Bu elementi ilk dəfə 2009-cu ildə amerikalı və rusiyalı alimlər birgə əldə etmişdilər. Onun yaradılması üçün 97-ci element və Okric Milli Laborotoriyasının hazırladığı  berkli 249 hədəf götürülmüşdü. Bunları U-400 sürətləndiricisində toqquşdurmuşdular.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu dəfə Darmştadt Universitetinin əməkdaşları 117-ci elementin 4 atomunu yarada biliblər. Həmin atomlar yalnız 0.1 saniyə mövcud olsa da, bu vaxt alimlərə imkan verib ki, elementin mövcudluğunu təsdiq etsinlər. Onlar 103-cü element olan lourensinin elmə əvvəllər mövcud olmayan izotopunu da qeydə alıblar.

Dövri sistemdə urandan daha ağır olan elementlər stabil deyil. Bu səbəbdən də həmin elementləri təbiətdə aşkarlamaq çətindir. Onların ən ağırlarını yalnız süni üsulla, daha yüngül elementlərin toqquşdurulması ilə əldə etmək olur.

Darmştadt Universitetinin əməkdaşı Kristofer Dülman və onun komandası 119-cu elementi əldə etmək üçün titan və berkli atomlarını toqquşdurub. Bu cəhd uğursuz alındıqda, onlar 117-ci elementi əldə etməyə çalışıbar.

Yeni elementin Mendelyev cədvəlinə daxil edilməsi barədə qərarı beynəlxalq nəzəri və tətbiqi kimya və tətbiqi fizika ittifaqları qəbul edəcək. Bunun üçün isə daha dəqiq analizlər keçirilməlidir.

Qeyd edək ki, bundan əvvəl 2011-ci ildə cədvələ 114-cü element - flerovi və 116-cı element - livermori əlavə edilmişdi. Elementlərin cədvələ əlavə edilməsi prosesi üç il çəkmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.