Maraqlı

Qəribə ənənə: sinəyə düşən dodaq olmasa... - FOTO

21 Aprel 2014 10:23
1 Şərh     Baxış: 3 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Efiopiyanın cənub-qərbindəki çöllərdə yaşayan və "suri" adlanan tayfadakı qadınların qəribə ənənələri var.
 

Heyvandarlıqla məşğul olan surilərdə evlənmək istəyən gəncin ən azı 60 inəyi olmalıdır. Çünki o, ailə qurmaq istədiyi qızın valideynlərinə "süd pulu" qismində məhz 60 inək verməlidlir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, muris tayfasında olduğu kimi, surilərdə də qadınlar iki alt dişlərini çıxarır, dodaqlarına gildən hazırlanmış lövhə qoyurlar.
 

Yeniyetmə yaşlarında qızın dodağına qoyulan gil diskin ölçüləri qız böyüdükcə artırılır.
 

Dodaqdakı disk nə qədər böyük olarsa, qız o qədər gözəl sayılır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.