Maraqlı

72 yaşlı məşhur baba gizlicə ərə getdi - FOTO

9 Aprel 2015 11:26
2 Şərh     Baxış: 3 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Onu ABŞ-ın ən məşhur babalarından biri kimi tanıyırlar. 1964-1966-cı illərdə Syuzan Drekslerlə nikahda olmuş ulduzun həmin izdivacda bir övladı olub.
 

Drekslerdən boşanandan sonra evlənməyən, ailə qurmayan ulduzun indi 2 nəvəsi var.

Fəqət o, özünü subay sayırdı.
 

Söhbət dünyanın ən məşhur müğənnilərindən biri, 72 yaşlı amerikalı Barri Maniloudan gedir.

"Baba" çağırılsa da, "Mən baba deyiləm" söyləməyi sevən Barri Manilou illərdən bəri birlikdə çalışdığı meneceri, 66 yaşlı Harri Kiflə ailə qurub.

Toy ötən il gizli şəkildə keçirildiyindən bu barədə məlumat indi yayılıb.
 

Daha doğrusu, Barri Manilou "ərə gedib", çünki nikah və toy mərasimində Manilou "gəlin", Kif isə "təzə bəy" statusunda idilər.

Milli.Az People-a istinadən bildirir ki, 72 yaşlı B.Manilounun ABŞ-ın Kaliforniya ştatındakı Palm-Sprinqs şəhərində yerləşən dəbdəbəli malikanəsindəki toya 50 qonaq dəvət olunubmuş.
 

Qonaqlara göndərilmiş dəvətnamədə "Sizi nahara dəvət edirik" yazılmışdı.

Həmin şəxslər yalnız malikanəyə daxil olanda toya çağırıldıqlarını anlayıblar.

Barri Manilou və Harri Kif 30 ildən bəri birlikdə çalışırlar.
 

National Enquirer-in məlumatına görə, "cütlük" evlənsə də, onların nikahı hələ də qeyri-rəsmidir.
 

Əsl ad və soyadı Barri Alan Pinkus olan Barri Manilou toyda deyib: "Həyatımın son 30 ilində əldə etdiyim uğurlarda sevimli Harrinin əməyi, zəhməti çox böyükdür. Onun yaşamımda əvəzolunmaz yeri var. Evləndik, ailə qurduq. İnsanların bizim barəmizdə nə düşündüklərinə önəm vermirik. Əsas odur ki, bir-birimizi sevirik və xoşbəxtik".
 

Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.