Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünya miqyasında ibtidai və orta məktəblərdə təhsil alan uşaqların 40 faizi savadsızdır. Daha doğrusu, 650 milyon uşağın təxminən 250 milyon nəfəri normal oxumaq, yazmaq və təməl riyazi hesablamalar aparmaq baxcarığından məhrumdur".
Milli.Az The Huffington Post-a istinadən bildirir ki, BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (U.N. Educational, Scientific and Cultural Organization, UNESCO) bu gün açıqladığı hesabatda belə deyilir.
Hesabatda vurğulanır ki, ibtidai məktəblərdə təhsil alan uşaqların 130 milyon nəfəri minimal savad səviyyəsinə malik deyil. 120 milyon uşaq isə məktəbdə nəzərdə tutulan qədər vaxt keçirmir.
57 milyon uşaq isə ümumiyyətlə, təhsil almaq hüququndan məhrumdur.
250 milyon uşağın savad səviyyəsinin çox aşağı olması isə dünya miqyasında ölkələr üçün ildə 129 milyard itki deməkdir.
BMT yetkilisi Vibeke Censenin dediyinə görə, belə bəlalı durumun əsas səbəblərindən biri məktəblərdəki pedaqoqların peşəkarlıq səviyyəsinin aşağı olmasıdır.
"Yaxşı hazırlıq səviyyəsinə malik müəllimlər azdır. Xüsusilə də inkişaf etməkdə olan dövlətlərin əyalətlərində problem daha qabarıq hiss olunur. Əvvəllər məktəblərdəki uşaqların sayı təhsil sistemini səciyyələndirən əsas amil sayılırdı. İndi isə kəmiyyətdən keyfiyyətə keçmək, təhsilin səviyyəsinə xüsusi diqqət yetirmək vaxtı çatıb", - V.Censen söyləyib. Onun sözlərinə görə, ibtidai məktəblərdəki müəllimlərin 75 faizi peşə qabiliyyətinin tələblərinə cavab verir.
UNESCO-nun icraçı direktoru İrina Bokovanın dediyinə görə, hazırda dünya miqyasında təhsilin və tədris prosesinin keyfiyyətinin normal vəziyyətə çatdırılması üçün 2,5 milyon müəllimə ehtiyac duyulur.
"Keyfiyyətli, normal səviyyəli təhsil ölkələrin ümumdaxili məhsulunun səviyyəsini yaxın 40 ildə 23 faiz artıra bilər", - İ.Bokova deyib.
Əfqanıstan, Çin, Konqo, Somali, Tanzaniya, Sudan kimi ölkələrin hər birində ən azı 1 milyon uşaq təhsil almaq imkanından məhrumdur.
Laos, Ruanda və Vyetnam kimi ölkələr isə tam əksinə, son 5 ildə təhsilsiz qalan uşaqların sayını 85 faiz azaldıblar.
Milli.Az
Xəbərin mənbəyi: Report: 250 Million School Age Kids Can't Read
Böyütmək üçün şəkillərə klikləyin.



















DİGƏR XƏBƏRLƏR
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





