Maraqlı

1 dollara 2 ev satılır

30 Yanvar 2014 14:40
0 Şərh     Baxış: 1 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kanadada 100 il əvvəl dəmiryolu işçiləri üçün inşa edilmiş iki tarixi ev 1 Kanada dollarına satışa çıxarılıb. Fəqət, evin satılması üçün şərt var.


Milli.Az AHT-yə istinadən bildirir ki, Britaniya Kolumbiysı əyalətindəki Vankuver şəhərinin yaxınlığındakı Frezer Kanyonunda yerləşən kiçik, cəmi 860 sakini olan Boston Bar qəsəbəsində iki ev satışa çıxarılıb.


Qəsəbənin bələdiyyə sədri Lloyd Formanın dediyinə görə, damında çatlar və dəliklər olsa da, evlərin durumu pis deyil.


"Artıq 5 nəfərdən təklif var. Ən yaxşı təklifin sahibinə evləri satacağıq", - Forman deyib.


Evlər ötən əsrdə "Canadian Pasific Railways" dəmiryolu şirkətinin işçiləri üçün tikilmişdi.


"Bu evləri alan insan onları tam bərpa etməli, tikililərin memarlıq üslubuna müdaxilə etməməlidir", - Lloyd Forman şərti açıqlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.