Maraqlı

Qırmızı qadınların sirri açıldı - FOTO

30 Yanvar 2014 13:52
0 Şərh     Baxış: 2 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyadakı ən qəribə, sirli qəbilələrdən biri də himbalardır. Bu qəbilədən olan qadınlar çılpaq gəzir, bədənlərini qırmızı rənglə boyayırlar.


Milli.Az AHT-yə istinadən bildirir ki, Namibiyanın şimalındakı Kunene bölgəsində yaşayan, 20-50 min mənsubu olduğu deyilən etnik qrupdan olan xanımlar dünyada "qırmızı qadınlar" kimi tanınırdılar.


Vellinqton Universitetinin araşdırma qrupu qəbilənin yaşadığı kəndlərdə tədqiqat apararaq "qırmızı qadınlar"ın sirrini açıb.

Sən demə, bu qadınlar bədənlərinə qırmızı boyanı milçəklərdən qorunmaq və eyni zamanda gözəl görünmək üçün çəkirlər.


Kişilərin ovçuluq və maldarlıqla məşğul olduğu qəbilədə səhər erkən saatlarında yuxudan oyanan qadınlar dərhal "makiyaj"a başlayırlar.


Onlar otlar, keçi piyi və qırmızı boyalı gildən hazırlanmış xüsusi qarışığı bədənlərinə, saçlarına sürtürlər.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.