Maraqlı

Cennifer Lopes sirrini açdı - FOTO

30 Yanvar 2014 12:53
0 Şərh     Baxış: 1 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Cennifer Lopes "Glamour" jurnalına müsahibə verərək fotosessiyaya çəkilib.


Milli.Az AHT-yə istinadən bildirir ki, 44 yaşlı müğənni və aktrisanın dediyinə görə, indiki vücudunu sürəkli, fasiləsiz olaraq pəhriz saxlayaraq məşq etməsinə, bir də bir dondurmanı sonadək yeyə bilməməsinə borcludur.


"Bir dondurma yesəm, qusaram. Özümü pis hiss edərəm. Az yemək artıq yaşam tərzimə çevrildi. Məşqləri də unutmuram və sərt intizamım var", - Lopes deyib.


Daha sonra o, özündən 18 yaş kiçik sevgilisi, rəqqas Kasper Smartla münasibətlərindən danışıb: "Əgər hansısa münasibəti mükəmməl saymırsınızsa, o əlaqələri mütləq bitirin. Həmin adamdan uzaqlaşmaq gərəkdir. Bir az xaosdan xoşlanıram. Amma sevdiyim insanla münasibətlərdə etibarlılığa, sədaqətə üstünlük verirəm".


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.