Tanışlığı yıxan məqam: "Öldürdü məni, ay balam, yandırdı məni..." - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanışlıq, münasibət qurmaq, eləcə də gündəlik həyatda ünsiyyət bizim üçün çox vacibdir. Amma bəzən buna mane olan səbəblər ortaya çıxır.Bəzən tanışlıq olmaq, münasibət qurmağa mane olan səbəblər ortaya çıxır

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə,bu sırada ağızdan gələn xoşagəlməz qoxu çoxlarını narahat edir.

Ağızdan gələn pis qoxu insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır.
Bəzi adamlarda bu, hətta daimi stresslərə gətirib çıxarır. Nəfəsin xoşagəlməz qoxmasının bir çox səbəbləri var.
Məsələn, soğan, sarımsaq, ət, balıq, pendir və s. kimi bəzi qidaları yeyəndən sonra qoxu yaranır. Köklük, siqaret yaxud alkoqol qəbulu da nəfəsin təmizliyini korlayır. Ümumiyyətlə, bu baxımdan ağızın və dişlərin gigiyenik baxımı olduqca vacibdir. Çünki dişlərin vaxtında və düzgün yuyulmaması da ağızdan qoxunun gəlməsinə səbəb olur. ANS PRESS ağızdan qoxu gəlməməsi üçün nə etmək lazım olduğunu yazır.
Belə ki, yemək qalıqları dişlərin arasına çökür və orada qalaraq qoxu törədən bakteriyaların çoxalmasına səbəb olur. Ona görə dişləri bir dəqiqədən az olmayaraq firçalamaq lazımdır. Həmçinin, yalnız dişləri yox, dilin üzərini də təmizləməliyik ki, bura yığılan bakteriyalar məhv olsun. Bunun üçün xüsusi fırçalar satılır.

Bakteriyalar daha çox dilin arxa hissəsinə toplandığından, bu hissənin təmizlənməsinə xüsusi diqqət vermək lazımdır. Hər yeməkdən sonra isə fırçalamaq imkanı yoxdursa, heç olmasa ağızı su ilə yaxalamaq olar.

Ağızdakı qoxunun qarşısını almaq üçün mixək dənələrini çeynəmək məsləhətlidir. Mixək nəfəsi təravətləndirir. Eyni zamanda nanə, cəfəri, kərəviz bitkilərinin yarpaqlarını çeynəmək də ağızdakı qoxunu yox edir.

Gün ərzində nanəli konfetlərdən istifadə etmək olar. Bununla yanaşı, arı şanını çeynəmək də nəfəsdəki qoxunu götürür, həm də ağız boşluğundakı problemləri aradan qaldırır. Bu baxımdan, tanıdığımız ədviyyatlardan olan darçının dəmləməsi də faydalıdır.

Qeyd edək ki, ağızda quruluq da nəfəsin pis qoxmasına səbəb olur. Çünki ağızın quru olması zamanı ölmüş hüceyrələr dil, damaq və yanaqda toplanıb qalır. Sonradan parçalanaraq iy törədir. Normal halda yatan zaman ağızda quruluq yaranır. Ona görə də, bəzən səhərlər oyanarkən ağızda qoxu olur. Digər hallarda isə yeməkdən sonra 10-15 dəqiqə saqqız çeynəməklə ağız suyu vəzilərini qıcıqlandırıb ifraz edilmiş ağız suyu ilə qida qalıqlarını yumaq olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





