Maraqlı

Qocanı tapdığı daş yandırdı

17 Yanvar 2014 15:09
0 Şərh     Baxış: 1 383
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
67 yaşlı alman təqaüdçü çimərlikdə tapdığı sarı fosforu kəhraba hesab edib və 3-cü dərəcəli yanıq xəsarətləri alıb.


Milli.Az The Local-a istinadən bildirir ki, Baltika dənizinin sahillərində dolaşan kişi dalğaların vurub qumsallığa çıxardığı sarı daşı kəhrəba sanıb.

Halbuki həmin daş sarı fosfor idi.


2-ci Dünya Müharibəsi illərində bombalarda istifadə olunmuş belə fosforu Baltika dənizində dalğalar mütəmadi olaraq sahilə çıxarır.

65 yaşlı kişi daşı cibinə qoyub və gəzintiyə davam edib.


Sarı fosfor onun cibində alışıb. Bunu yaxınlıqdakı balıqçı görüb və təcili yardıma zəng vurub.

Zavallı kişi xəstəxanadadır.


Sarı fosfor (təmizlənməmiş ağ fosfor) oddan təhlükəli, zəhərli kristallik maddədir. Asanlıqla alışan bu fosforu su ilə söndürmək praktiki olaraq mümkün deyil.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.