Maraqlı

Sabiq nişanlı ilə üzük davası məhkəməyə çıxdı

14 Yanvar 2014 16:50
0 Şərh     Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtinin sakini sabiq nişanlısını məhkəməyə verib. O, qızdan nişan üzüyünü qaytarmasını tələb edir.

Milli.Az New York Post-a istinadən bildirir ki, amerikalı Ouen Myuirin məhkəməyə ünvanladığı iddianaməyə görə onun sabiq nişanlısı Stefani Foli ya nişan üzüyünü qaytarmalı, ya da üzüyün dəyərini ödəməlidir.
 

Stefani olayla bağlı heç bir açıqlama verməyib.

Ouen Myuir və Stefani Foli 2012-ci ilin avqustunda nişanlanmışdılar. Lakin onlar 4 ay sonra ayrılmış, 40 min dollar dəyərində brilliant nişan üzüyü Stefanidə qalmışdı.
 

ABŞ-da nişan qaytarılanda qızlar bir qayda olaraq nişan üzüyünü də qaytarırlar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.