Milli.Az New York Post-a istinadən bildirir ki, amerikalı Ouen Myuirin məhkəməyə ünvanladığı iddianaməyə görə onun sabiq nişanlısı Stefani Foli ya nişan üzüyünü qaytarmalı, ya da üzüyün dəyərini ödəməlidir.
Stefani olayla bağlı heç bir açıqlama verməyib.
Ouen Myuir və Stefani Foli 2012-ci ilin avqustunda nişanlanmışdılar. Lakin onlar 4 ay sonra ayrılmış, 40 min dollar dəyərində brilliant nişan üzüyü Stefanidə qalmışdı.
ABŞ-da nişan qaytarılanda qızlar bir qayda olaraq nişan üzüyünü də qaytarırlar.
Milli.Az