Milli.Az TMZ-yə istinadən bildirir ki, albomdakı "Drunk In Love" mahnısına çəkilmiş klip də ekstravaqantdır.
Beyons və onun əri, tanınmış prodüser, reper Ceyz Zi çimərlikdə klipə çəkiliblər.
Qara-ağ, asketik stildə olan klipdə Beyons baş roldadır və o, "məhəbbətdən sərxoş olmuş" qadın obrazındadır.
32 yaşlı Beyons vücudunun hələ də xanımların həsəd aparacağı formada olduğunu göstərib. 44 yaşlı Cey Zi isə "məhəbbət sərxoşu olmuş qadını
sevən kişi" obrazındadır.
"Kraliça Bi" kimi tanınan Beyonsun yeni, "Beyonce" adlı albomu Itunes servisində satışa çıxarıldıqdan bəri 828773 dəfə köçürülüb.
Yeni albomu 104 ölkədə satın almaq olar.
Milli.Az














