Noyabrın 10-da Günəşdə baş verən 2 güclü partlayış Yerdə müəyyən təlatümlərə səbəb olub.
Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, partlayışların yerin maqnit sahəsinə təsiri nəticəsində yerdə güclü təlatümlər baş verib.
O qeyd edib ki, Günəşdə müəyyən alışmalar olsa da, bu hər zaman maqnit sahəsinin silkələnməsinə təsir etmir. Bu hadisə bizə daha çox maqnit sahəsi silkələnəndə təsir edir. Qeydə alınan 2 güclü partlayış isə Yerə təsirini edib və müəyyən təlatümə səbəb olub. Yerdə az da olsa, həyəcanlanma baş verib. Bunun insanlara necə təsir etməsi barədə dəqiq məlumat yoxdur".
Qeyd edək ki, noyabrın 10-da səhər Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı baş verib. Bu, son üç gün ərzində baş verən ikinci partlayış olub. Partlayışın mənbəyi Günəş diskinin mərkəzinə yaxın 1890 aktiv səthi (ləkələr qrupu) olub. Həmin səthdə noyabrın 8-də də X1.1 dərəcəli alışma qeydə alınıb. Hər iki hadisə ani partlayış hesab olunur və güclü geomaqnit həyəcanlanması yaratmır. Əvvəl məlumat verilib ki, noyabrın 8-də baş verən alışma noyabrın 11-də aşağı sinifli G1 maqnit qasırğasına səbəb ola bilər. Günəş partlayışları rentgen şüalanması gücündən asılı olaraq beş sinifə bölünür: A, B, C, M və X. A0.0 maksimum sinif hesab olunur. Partlayışlar bir qayda olaraq Günəş plazmasının atılması ilə müşahidə olunur. Plazmalar yerə çataraq maqnit qasırğasına səbəb ola bilir.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Günəşdəki 2 güclü partlayış Yerdə təlatüm yaratdı
14 Noyabr 2013 16:08
4 Şərh
Baxış: 2 475

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
-
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
"Qarabağ" "Zalsburq"a uduzdu
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
-
Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO
-
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
-
"Ailəm, 4 övladım olmasının paxıllığını çəkirlər"
-
Bakıda yanğın oldu - VİDEO
-
Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI
-
Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir!
-
Həftəsonu Bayraq Meydanında növbəti avtoşou təqdim ediləcək - VİDEO
-
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE
-
Xəstəliyinə görə evini satdı - indi burada yaşayır - VİDEO
-
Azərbaycan və NATO arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi - FOTO