Maraqlı

İnternetdə oyun həyəcanı: Day.Az portalında yüzlərlə fleş oyunlar!

30 Sentyabr 2010 09:18
Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, "Oyunlar" (İqrı) bölməsində (http://games.day.az/) oxuculara dolğun rəngləri və əla qrafikası ilə fərqlənən çoxsaylı maraqlı oyunlar təqdim olunur.

Saytın istifadəçiləri saytda onlayn rejimdə bu oyunları oynaya və ya pulsuz yükləyə bilərlər.

Bu bölmə getdikcə daha da təkmilləşəcək, belə ki, oraya tez-tez yeni oyunlar əlavə olunur. Oxucuları daha xoş sürpriz gözləyir - saytda mütləq bəyənəcəyiniz yüzlərlə fleş-oyunlar yerləşdirilib.

Day.Az oxucularına ən müxtəlif xarakterli və məzmunlu oyunlar təklif edir. Burada həm kart, həm idman növlərinə aid, həm stolüstü oyunlar, həm fantastik, həm də düşündürücü və intellektual oyunlara rast gəlinir. Bölmədə təşkilatçılıq və məntiq tələb edən, tapmaca tipli oyunlar da var. Orada "Şən ferma", "Superferma", "Piramidaların sirrləri", "Savaş planeti", "Otel maqnatları", "Atlantida almazı" və sair kimi populyar oyunlara rast gəlmək mümkündür. Bölməyə yüzlərlə müxtəlif adda və məzmunda onlayn və fleş oyunlar daxildir. Və oyunların sayı hər gün artır. 

Bundan başqa, təqdim olunan oyunlar çətinlik dərəcəsinə görə də müxtəlifdir. Onların arasında hətta azyaşlı uşaqların oynaya biləcəyi oyunlar da var. Oğlanlara yarış və "atışma"lar maraqlı olacaqsa, qızlar da müasir dəbli butiklərin assartimentləri və sehirli pərilərin macəraları ilə maraqlana bilərlər.

Bir sözlə, "Oyunlar" bölməsində hər kəs öz istəyinə və maraq dairəsinə uyğun oyun tapa, istirahət edə və əylənə biləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.