Maraqlı

Amerikada yandırılaraq öldürülən 129 qadının xatirəsinə...

9 Sentyabr 2013 19:01
0 Şərh     Baxış: 2 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kult.az-a istinadən bildirir ki, Klara Setkin alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi olub. O, 1857-ci ildə, Almaniyada anadan olmuşdur. 1916-cı ildə Klara Setkin iş yoldaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər.

1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir.

1910-cu ildə 1857-ci il hadisələrindən 53 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.

Çoxları Klara Setkinin və 8 martın tarixçəsini bilsə belə, Kult.az sizə Klara Setkinin haqqında az bilinən faktları deyir:

Parisdə yaşadığı müddətdə əri Osip Setkinin qonorarı ilə dolana bilmədiklərini görən Klara varlı adamların evini silib-süpürmək və paltarlarını yumaqla pul qazanmışdı.
 

Karl Marksın qızı Laura Lafarq Klara Setkinə dərs deyib və onu inqilabi hərəkəta qoşulmağa həvəsləndərmişdi.
 

Əri Osip Setkinin ölümündən sonra Klara Setkin özündə on səkkiz yaş balaca olan rəssam Georq Sundelə vurulmuş və ona ərə getmişdi.
 

Oktyabr inqilabının atası Vladimir Lenin onun evinin pəncərəsindən şəhərə baxmağı xoşlayırdı.
 

Özündən 18 yaş balaca olan əri ilə münasibətlərinin korlanmağına səbəb, onların birinci dünya müharibəsinə fərqli münasibətləri olmuşdu.
 

Klara Setkinin 22 yaşlı oğlu Konastantin onun 36 yaşlı rəfiqəsi və əqidə yoldaşı Roza Lüksemburqun məşuqu olmuşdu.
 

Klara Setkin bu səbəbə görə Roza ilə illərlə küsülü qalmışdı. Ancaq özündən 18 yaş balaca əri Klaranı, özündən on iki yaş balaca sevgilisi isə Rozanı atanda bu dərd onları təzədən barışdırmışdı.
 

Klara Rusiyada dünyasını dəyişəndə onun son sözü "Roza" olmuşdu.
 

Klara Setkin dünyasını dəyişəndən sonra cəsədi yandırıldı, onun külü Moskvada, Kreml Divarında qorunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.