Maraqlı

Murad Boz Bakıya gəlir

23 İyul 2013 13:59
0 Şərh     Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bir müddət əvvəl Bakıdakı konserti təxirə salınan Türkiyənin məşhur müğənnisi Murad Boz yenidən Bakıya gəlir
Bu barədə məlumatı "Qafqazinfo"ya eksklüziv olaraq konsertin təşkilatçısı, teleaparıcı İlhan Özbay verib. O bildirib ki, Murad Boz Bakıda açılacaq super bir restoranın açılışına gələcək:

"Murad Bozu daha öncə başqa bir təşkilatçılar Bakıya gətirmək istəyirdilər. Amma bir sıra problemlər çıxdı. O da gəlmədi. İndi biz onun meneceri ilə danışdıq, çox çətin şərtlərlə razılığa gəldik. Həmin şərtlərdən biri isə Murada veriləcək qonorarın əvvəlcədən ödənilməsidir.

Murad Bozu Bakıya restoranının açlışına gətirən iş adamı da bu şərtlə razışıb. İnşallah, sentyabrın sonunda Murad Bakıda konsert proqramı ilə çıxış edəcək".  

Qeyd edək ki, Murad Boz Türkiyədə Tarkandan sonra ən çox tanınmış pop ulduzudur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.