Milli.Az Auto.az-a istinadən bildirir ki, yeniliyin qabarit uzunluğu 5116 mm, eni - 1899 mm, hündürlüyü isə - 1496 mm-dir. Beləliklə, sedan əvvəlki "S-Class"-dan 20 mm uzun, 28 mm enli və 25 mm alçaq alınıb.
Bununla belə, təkər bazasının ölçüsü əvvəlki kimi qalıb - 3035 mm. Uzadılmış variant baza variantı ilə eyni en və hündürlükdə qalıb, 5246 mm-ə çatır. Bu modifikasiyanın təkər bazası da sələfi ilə müqayisədə dəyişməyib - 3165 mm-dir.
Əvvəlcə model üç modifikasiyada təqdim olunacaq: S500 (455 a.g. olan V8 tvin-turbo mühərriki ilə), S350 BlueTEC (258 a.g. verən üçlitrlik dizel V6 ilə), həmçinin S400 Hybrid (306 a.g. verən benzin "altılığının" bazasında olan güc qurğusu ilə).
Onlardan birincisi sedana "yüzü" 4,8 saniyəyə yığmağa imkan verəcək. Dizel və hibrid variantında "S-Class" həmin nişana, müvafiq olaraq, 6,8 və 7,2 saniyəyə çatacaq.
"S-Class"ın qarşıya keçidi xəbərdarlıq etmə funksiyası da daxil olmaqla, çox sayda yeni aktiv və passiv təhlükəsizlik sistemləri meydana gələcək. Bundan başqa, flaqman "Mercedes"i avtomatik hava aromatizatoru, qapıların isitməli qoltuqaltıları, masajlı arxa oturacaqlar və 1500-vattlıq Burmester audiosistemi ilə təchiz olunacaq.
Ümumilikdə bütün funksiyaların idarə edilməsinə görə 156 düymə və dəyişdirici açar cavab verəcək. Standart və uzadılmış təkər bazası olan versiyalardan başqa, "S-Class" ailəsində limuzin "Pullman", kupe, kabriolet və ola bilsin ki, "Shooting brake" banlı modellərin üslubunda olan böyük universal meydana gələcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.