Maraqlı

Coca-cola 25 yaşlı oğlanın bütün dişlərini tökdü - FOTO

6 Fevral 2013 18:26
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Çünki "coca-cola" sevgisi onu bütün dişlərindən məhrum edib.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qazlı içkiyə olan sevgi üç il bundan əvvəl o, mehmanxana biznesində işləyərkən başlayıb.

"Mən suyu o qədər də sevmirəm, lakin əlimin altında həmişə cola var", - Uilyam deyib.

Həmin vaxtdan bu yana Uilyam gün ərzində 6-8 litr "coca-cola" içirdi. Onun damaqları qanamağa, dişləri ağrımağa başlamışdı, hər gün ürəkbulanma hiss edirdi. Səhhətinin pis olmasına baxmayaraq, o, sevimli içkisindən imtina etmirdi.

Onun müraciət etdiyi stomatoloqlar da birmənalı şəkildə "coca-cola" içməkdən imtina etməyi tələb edirdilər. Bildirirdilər ki, əks təqdirdə, pis nəticələrə gətirib çıxaracaq.

Bir dəfə stomatoloqun müayinəsinə gedərkən həkim ona deyib ki, artıq dişləri ilə vidalaşmalıdır.

"Mənim yaşımda olan normal adamların ağzında 23 diş olur, mənim isə cəmi 13 dişim qalmışdı, onlar da pis vəziyyətdə idilər", - Uilyam jurnalistlərə deyib.

İndi avstraliyalı həkimlər şirin içkilərin insan orqanizminə vurduğu ziyanı diqqətə çatdırmaq üçün Uilyamı nümunə göstərirlər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.