Narıncı-qırmızı saçlı insanlarla bağlı gözlənilməz yeni fakt aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu araşdırmanın aparılması yaxın zamanda kəşf edilən ML349 molekulu sayəsində mümkün olub.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, narıncı-qırmızı saç rənginə cavabdeh olan genin yalnız xarici görünüşü müəyyən etmədiyi, həm də sağlamlıq baxımından müəyyən üstünlüklər verə biləcəyi məlum olub.
Alimlər hesab edirlər ki, bu gen həmin piqmenti istehsal edən hüceyrələri qorumağa kömək edir.
Sistein adlı molekul zülalların əsas "tikinti materiallarından" biridir və orqanizmdə zülal sintezi üçün vacib rol oynayır. Lakin hüceyrələrdə sisteinin miqdarı müəyyən həddən artıq olmamalıdır. Onun həddindən çox toplanması hüceyrələrin məhv olmasına səbəb ola bilər.
İnsanların qırmızı saçlarında, həmçinin bəzi quşların lələklərində rast gəlinən narıncı-qırmızı piqment - feomelanin məhz sisteinin iştirakı ilə yaranır.
Uzun illər alimlər bu piqmentin niyə təkamül prosesində qorunub saxlanıldığını izah edə bilmirdilər. Əvvəlki tədqiqatlar hətta feomelaninin ultrabənövşəyi şüalanma olmasa belə, dəri xərçəngi riskinin artması ilə əlaqəli ola biləcəyini göstərmişdi.
Buna görə də qırmızı saç rəngini formalaşdıran genetik xüsusiyyətlərin niyə nəsildən-nəslə ötürüldüyü sual olaraq qalırdı.
Artıq sisteini zərərsiz piqmentə çevirir
Yeni araşdırmanın nəticələrinə görə, feomelanin artıq sisteini hüceyrələrdən uzaqlaşdıraraq onun zərərli təsirinin qarşısını ala bilər.
Alimlər bildirirlər ki, bu, feomelaninin orqanizmdə yerinə yetirdiyi fizioloji funksiyanı ilk dəfə eksperimental şəkildə təsdiqləyən araşdırmadır.
ML349 molekulu araşdırmaya imkan yaradıb
Tədqiqatın həyata keçirilməsi feomelaninin sintezini bloklaya bilən ML349 molekulunun kəşfi sayəsində mümkün olub.
Alimlər narıncı dimdiyi feomelanin tərkibli olan 65 zebra amadinini araşdırıblar.
Quşlar iki qrupa bölünüb.
Eksperimental qrupdakı erkək quşlara qida ilə birlikdə həm sistein, həm də feomelaninin sintezini dayandıran ML349 preparatı verilib.
Nəticədə həm sistein, həm də ML349 qəbul edən quşların hüceyrələrində yalnız sistein qəbul edən quşlarla müqayisədə daha ciddi zədələnmələr müşahidə olunub./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Marinadlanmış albalı: Ət yeməkləri üçün fərqli və ləzzətli qəlyanaltı resepti
-
Narıncı-qırmızı saçlı insanlarla bağlı gözlənilməz yeni fakt aşkarlanıb
-
Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
-
Zaur Kamalın verilişinin arxiv kadrları yenidən müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Marinadlanmış albalı: Ət yeməkləri üçün fərqli və ləzzətli qəlyanaltı resepti
-
Narıncı-qırmızı saçlı insanlarla bağlı gözlənilməz yeni fakt aşkarlanıb
-
Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
"Qoy işığı söndürüm" - Hamının zarafata çevirdiyi mahnı necə yarandı?
-
Qarın piyinin səbəbi çox yemək deyilmiş
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
-
Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Vüqar Gülməmmədov
-
Azərbaycanda kimlər əsgərliyə çağırılmır?
-
Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - (Video)
-
Yevlax sakini həmyerlisini qətlə yetirib
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
-
Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşüb
-
Göyçayda piyadanı maşın vurdu
-
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib
-
“Zirə” ilk matçda “Payde”yə məğlub oldu - Konfrans Liqası
-
Hindistanda etirazlara görə paytaxtda mobil interneti söndürdülər
-
Rusiyalı qapıçı matç zamanı öldü
-
Araz Ağalarovdan 1,68 milyardlıq tələb
-
Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı
-
Xankəndidə kafedə yanğın, iki nəfər yaralandı





