Maraqlı

Azərbaycanda məşhur olan bu ad Avropada da populyardır

14 Fevral 2026 11:12
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məhəmməd" adı Avropanın bir sıra iri şəhərlərində yeni doğulan oğlan uşaqları üçün ən çox seçilən adlar sırasında ilk yerlərdə qərarlaşıb.

Milli.Az xəbər verir ki, statistik göstəricilər "Məhəmməd" adının xüsusilə bir neçə Avropa ölkəsində geniş yayılmağa başladığını göstərir.

Məlumata görə, ad daha çox Böyük Britaniya, Almaniya, Belçika, Niderland və Norveç kimi ölkələrdə populyarlıq qazanıb. Xüsusilə London, Mançester, Berlin, Brüssel, Amsterdam və Oslo şəhərlərində valideynlər oğlan övladlarına bu adı daha tez-tez verirlər.

Qeyd edək ki, "Məhəmməd" adı Azərbaycanda da uzun illərdir oğlan uşaqları üçün ən çox seçilən adlardan biri kimi qalmaqdadır. 

 

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.