"Məhəmməd" adı Avropanın bir sıra iri şəhərlərində yeni doğulan oğlan uşaqları üçün ən çox seçilən adlar sırasında ilk yerlərdə qərarlaşıb.
Milli.Az xəbər verir ki, statistik göstəricilər "Məhəmməd" adının xüsusilə bir neçə Avropa ölkəsində geniş yayılmağa başladığını göstərir.
Məlumata görə, ad daha çox Böyük Britaniya, Almaniya, Belçika, Niderland və Norveç kimi ölkələrdə populyarlıq qazanıb. Xüsusilə London, Mançester, Berlin, Brüssel, Amsterdam və Oslo şəhərlərində valideynlər oğlan övladlarına bu adı daha tez-tez verirlər.
Qeyd edək ki, "Məhəmməd" adı Azərbaycanda da uzun illərdir oğlan uşaqları üçün ən çox seçilən adlardan biri kimi qalmaqdadır.
Asya
Milli.Az