Merilin Monronun "yataqda seçimim odur" dediyi nə ətiri idi? - Tanınmış əttardan açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ətir sənayesi əsrlər boyu fərqli dövrlərin zövqlərinə uyğun ətirlər təqdim etsə də, bəzi parfumlar zamanın sınağından uğurla çıxaraq "ən yaxşı qoxulu" ətir kimi tanınıb.
Milli.Az-ın araşdırmasına görə, 1921-ci ildə yaradılan "Chanel No.5" hələ də dünyanın ən çox tanınan və satılan ətiri olaraq qalır. Aldehidlər və jasmin notları ilə seçilən bu parfüm, Merilin Monronun "yataqda yalnız Chanel No. 5 istifadə edirəm" açıqlaması ilə əfsanələşib.
Son illərin sosial media fenomeni olan Maison Francis Kurkdjian "Baccarat Rouge 540" parfümü zəfəran, amber və ağac notları ilə qoxu həvəskarlarının diqqətini çəkib. Həm qadın, həm də kişi istifadəçilər üçün uyğun olan bu parfum, uzunmüddətli qalıcılığı ilə seçilir.
Digər Klassiklər
Creed Aventus kişilər arasında ən populyar seçimlərdən biri; meyvə və odunsu notlarla balanslı kompozisiya.
Guerlain Shalimar (1925) romantik tarixi ilə seçilən bu parfum, Şah Cahan və Mumtaz Mahal sevgisindən ilhamlanıb.
Ətir mütəxəssislərinin fikrincə, "ən yaxşı qoxulu" ətir anlayışı fərdi zövqlərə bağlı olsa da, "Chanel No.5" klassik simvol kimi tarixə düşüb, "Baccarat Rouge 540" isə müasir nəsillərin favoriti kimi zirvədə qərarlaşıb.
Tanınmış əttar və ətir mütəxəssisi Türkan Alixanova isə Milli.Az-a açıqlamasında mövzu ilə bağlı bunları deyir:
"Ətirlər yalnız qoxu deyil, həm də yaddaşla, hisslərlə və şəxsiyyətlə bağlıdır. "Chanel No. 5" kimi bir parfümün onilliklər boyunca aktuallığını qoruması təsadüfi deyil. Bu, həm kompozisiyanın unikal harmoniyasına, həm də onun yaratdığı emosional bağa bağlıdır. "Chanel No. 5"in aldehid strukturu onu dövrü üçün inqilabi etmişdi və bu gün də zamansız eleqansın simvoludur.

"Baccarat Rouge 540" isə müasir dövrün ruhunu daşıyır. Zəfəran və amber notlarının lüks qarışığı onu həm fərqli, həm də cəlbedici edir. İnsanların bu ətiri seçməsi, artıq ətirin yalnız qoxu deyil, bir imza, bir ifadə vasitəsi olduğunu göstərir. Ətir seçimi şəxsi zövq məsələsidir, lakin bəzi parfümlər var ki, onlar sadəcə bəyənilmir, onlar yaşanır. "Chanel No. 5" və "Baccarat Rouge 540" məhz belə parfümlərdəndir".
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
XƏBƏR LENTİ
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər





